Qızı ağladı deyə arvadını döydü — Qadın bağışladı
Abşeron rayonunda 1988-ci il təvəllüdlü Aqil ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Mədinəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
KONKRET.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin aprelin 3-də Hökməli qəsəbəsində baş verib. Aqil həmin gün gecə saat 00:05-də ailə üzvləri ilə birlikdə yaşadığı fərdi evdə arvadı Mədinə ilə mübahisə edib.
Mübahisəyə səbəb onların nigahın pozulması məsələsində anlaşmazlığa gəlmələri olub. Hətta azyaşlı övladları (2012-ci il təvəllüdlü) də bu mübahisədən məlumatlı olub və vəziyyət gərginləşib. Aqil azyaşlı övladının nikahın pozulması ilə bağlı vəziyyətin pisləşməsində arvadını günahkar bilib və ona irad bildirib. Bu səbəbdən tərəflər arasında ailə daxili mübahisə yaranıb.
Mübahisə zamanı Aqil arvadının üzərinə hücum edib və əl ilə, yumruq zərbələri ilə onun sifətinə, başına, boynuna və bədəninin müxtəlif nahiyələrinə vurub.
Aqilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, Mədinə ilə 2010-cu ildə ailə həyatı qurub və birgə nigahdan üç övladı, 2012-ci il təvəllüdlü qızı, 2013-cü il təvəllüdlü və 2015-ci il təvəllüdlü oğlanları olub:
"Əvvəllər Mədinə ilə münasibətlərimiz yaxşı olsa da, son zamanlar aramızda sözlə mübahisələri olur. Aprelin 3-də, gecə saat 00:05-də yaşadığımız evdə olan zaman Mədinə ilə aramızda ailə məişət münasibətləri zəminində mübahisə baş verdi. Mübahisə zamanı Mədinədən qızımın evdə nəyə görə ağladığını soruşdum. O, da mənə məhkəməyə boşanma ilə bağlı müraciət etdiyimizi qızım bildiyi üçün ağladığını söylədi. Qızımın bundan xəbəri olması sözünü eşidəndə əsəbiləşdim. Mədinənin üzərinə gedərək evin yataq otağında yumruq zərbəsi ilə onun başına vuraraq onu döydüm".
Məhkəmədə məlum olub ki, təqsirləndirlən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində cinayət üzrə icraata xitam verilib.
Xidmetler [newsid: 0-123300]

Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək