"Qızıl kimi insan idi, Gəncə saylıb-seçilən həkimini itirdi" – Koronavirusdan vəfat edən həkim necə yoluxub?

"Qızıl kimi insan idi, Gəncə saylıb-seçilən həkimini itirdi" – Koronavirusdan vəfat edən həkim necə yoluxub?Azərbaycanda koronavirus pandemiyasında iş başında virusa yoluxaraq vəfat edən həkimlərdən ikincisi Gəncə şəhərindən oldu.
Xəbər verdiyimiz kimi, Gəncə Təcili Tibbi yardım stansiyasında terapevt kimi çalışan, həm də uzun illərin psixoterapevti olan Cəmşid Abbasov iş başında koronavirusa yoluxaraq, ağırlaşdığından Bakıdakı xüsusi müəssisəyə yerləşdirilib, o süni tənəffüs aparatına qoşulub, lakin təəssüf ki, xəstəni xilas etmək mümkün olmayıb.
Milli.Az medicina.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə onu tanıyanlar və kolleqaları tərəfindən çox yüksək dəyərləndirilən və peşəkar, savadlı həkim kimi xarakterizə edilən Cəmşid həkim barədə onun iş yoldaşlarından biri Amid Rzayevdən məlumat alınıb.
O, bildirib ki, həkimin yoluxma səbəbi çox güman ki, hələ Gəncə qırmızı zona elan edilməzdən öncə, ilk vaxtlar ehtiyatlı davranmaması və koronavirusun onu məğlub edəcəyinə inanmaması olub.
Çox aktiv şəkildə işinə davam edib, pasiyentləri qəbul edib.
"Belində ağrı, halsızlıq hiss edib. Dediyinə görə, sanki sinir ağrısı idi. İşə getməyib, evdə özünü karantinə alıb, müalicəyə başlayıb. Amma görəndə ki, vəziyyəti yüngülləşmir, özü gedib özəl klinikada müayinə olunub. Məlum olub ki, ağciyərlərində pnevmoniya başlayıb.
113-ə məlumat verib və Bakıya aparılıb. Artıq xəstəxanaya gedəndə vəziyyəti ağır idi, 2 günə süni tənəffüs aparatına qoşulub. Biz ümid edirdik ki, o virusa qalib gələcək. İllərin təcrübəli həkimi idi. Pozitiv, güclü insan idi.
Onu sağ salamat gözləyirdik. Gəncənin tanınıb-sayılan həkimlərindən idi. Hətta rəhmətlik 90-ci illərin Qarabağ müharibəsində də iştirak edib".
Həkimin ailəsində də virus aşkarlanması və karantinə alınması barədə xəbərlər isə təsdiqlənmədi.
Cəmşid Abbasov tək yaşayırdı. Bir qızı var, o da ayrı yaşayır. Aparılan test onda neqativ çıxıb.
"İnsanlar yaxını yoluxmayınca, ölməyincə inanmır. Ola bilər biz də inanmırdıq, amma Cəmşid həkimdən sonra reallıqla barışırıq. İndi həkimlər daha ayıq olmalı və qorunmalıdırlar".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 22 may 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən xəbərlər en son xeberler bu gun cəbhədən görüntüleri son xeberler bugun 2026 canli