Qızılın qiyməti ilə bağlı VACİB AÇIQLAMA: Bahalaşacaq, yoxsa?

Qızılın qiyməti ilə bağlı VACİB AÇIQLAMA: Bahalaşacaq, yoxsa?Son dövrlər dünya bazarında qızılın qiymətində müşahidə olunan dəyişkənlik investorların diqqətini yenidən bu qiymətli metala yönəldib. Geosiyasi gərginlik, inflyasiya gözləntiləri və maliyyə bazarlarındakı risklər fonunda qızılın yaxın aylarda necə dəyişəcəyi maraq doğurur. Bəs qarşıdakı dövrdə qızılın qiymətində yenidən artım baş verə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, hazırda qızılın qiyməti bir sıra faktorların təsiri ilə formalaşan bazar konyunkturası fonunda dinamika nümayiş etdirir.
Qızılın qiyməti ilə bağlı VACİB AÇIQLAMA: Bahalaşacaq, yoxsa?"ilkin müşahidələr göstərir ki, bazarlar geosiyasi riskləri müharibədən əvvəl müəyyən qədər qiymətləndirmişdi. Belə ki, fevralın 28-i ilə müqayisədə sonrakı həftənin ilk günlərində qızılın qiyməti ilkin mərhələdə təxminən 7 faiz artaraq 5400 ABŞ dolları səviyyəsinə yüksəlsə də, daha sonra yenidən 7 faiz civarında azalma müşahidə olunub. Yəni müharibə başladıqdan sonra qızılın qiymətində ucuzlaşma baş verib.
Bu prosesə əsas təsir edən amillərdən biri bazarların müharibə riskini əvvəlcədən qiymətləndirməsidir.
Xüsusilə, 2026-cı ilin yanvar və fevral aylarında baş verən proseslər bu gözləntilərin formalaşmasına səbəb olub".
R.Həsənov əlavə edib ki, digər mühüm amil artan risklər və proqnozlaşdırma mühitinin pisləşməsidir.
" ABŞ-da inflyasiya risklərinin yüksəlməsi və bunun fonunda Federal Ehtiyat Sisteminin uçot dərəcəsini azaltmayacağı ilə bağlı gözləntilərin güclənməsi dolların möhkəmlənməsinə səbəb olub. Nəticədə investisiyanın bir hissəsi dollar bazarına yönəldiyi üçün qızılın qiymətində kəskin artımlar qeydə alınmayıb.
Bazara təsir edən başqa faktorlar da mövcuddur. Belə ki, son illərdə qızıla böyük investisiya edən bəzi ölkələr – o cümlədən Polşa və Rusiyada qızıl satışının mümkünlüyü ilə bağlı təşəbbüslər müzakirə olunur. Xüsusilə müdafiə qabiliyyətini artırmaq üçün tələb olunan likvidliyin qızıl satışları hesabına təmin edilməsi istiqamətində siyasət formalaşır. Eyni zamanda, likvidlik çatışmazlığını balanslaşdırmaq məqsədilə Rusiyanın da dünya bazarına qızıl çıxarması ehtimalı yüksək qiymətləndirilir".
Bununla yanaşı, iqtisadçı xatırladıb ki, son illərdə qızılın qiymətində ciddi artım qeydə alınıb. Onun sözlərinə görə, təkcə 2025-ci ildə qızılın qiyməti 70-76 faiz bahalaşıb və bu fonda qızıl hələ də riskli dövrlərdə ən optimal investisiya istiqamətlərindən biri hesab olunur.
"Növbəti dövrlərdə qızılın qiymətində yenidən artım mümkündür. ABŞ-da inflyasiyanın 3 faizdən aşağı düşəcəyi ilə bağlı gözləntilər dolların müəyyən qədər ucuzlaşmasına səbəb olub ki, bu da qlobal bazarda qızılın bahalaşması üçün zəmin yaradır. Bir sıra beynəlxalq maliyyə institutları isə 2026-cı ilin sonuna qədər qızılın qiymətinin 6 min dollara qədər yüksələ biləcəyini proqnozlaşdırır.
Bu prosesə təsir göstərə biləcək əsas amillərdən biri də ABŞ-da noyabr ayında keçiriləcək aralıq seçkiləridir. Əgər seçkilərin nəticələri mövcud administrasiyanın mövqeyini zəiflətsə, bu halda iqtisadi və geosiyasi siyasətlərdə daha rasional yanaşmalarla bağlı gözləntilər artar. Bu isə investorların qızıldan vəsaitlərini geri çəkərək real iqtisadi fəaliyyət sahələrinə yönəltməsi ilə nəticələnə və qızılın qiymətində müəyyən ucuzlaşma yarada bilər".
Beləliklə, qızıl hələ də qlobal qeyri-müəyyənlik dövründə ən sabit investisiya alətlərindən biri hesab edilsə də, onun qiymətinin gələcək dinamikası həm geosiyasi proseslərdən, həm də ABŞ iqtisadiyyatında baş verəcək dəyişikliklərdən asılı olacaq.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 13 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Tanınmış həkim həbs olundu

Tanınmış stomatoloq Zeynalabdin Allahyarov həbs olunub. -a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Z.Allahyarov iki il müddətinə azadlıqdan məhrum edilib

İşə başlamamış pul alacaqlar – Yeni qərar

Fermerlər gələn ildən əkin subsidiyasının 30 faizini əkin işləri başa çatmamış, əvvəlcədən ala biləcəklər. yenisabah-a istinadən xəbər verir ki, kənd təsərrüfatı istehsalçılarının əkin mövsümündə ilkin maliyyə ehtiyacların

Keçmiş TQDK, indiki DİM: Rəhbərlik kreslosunda kimlər əyləşib?

Xəbər verdiyimiz kimi, Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Bu təyinat onun uzun illər rəhbərlik etdiyi Dövlət İmtahan Mərkəzinin (DİM) və qurumun əvvəlki rəhbərlərinin də gündəm

Bakıda İLK: Sürücüləri və sərnişinləri nə gözləyir?

Son illər Bakıda ictimai nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi və avtobusların xüsusi zolaqlarla hərəkətinin təmin edilməsi istiqamətində bir sıra addımlar atılır. Bu çərçivədə paytaxtda ilk dəfə avtobuslar üçün xüsus

Bu məhsulları almağa tələsməyin – Daha ucuzunu tapacaqsınız

Qara cümə (Black Friday) endirimləri zamanı elektronika, məişət texnikası və oyuncaqları daha sərfəli qiymətə əldə etmək mümkündür. Lakin hər böyük endirim real fürsət deyil və alıcılar alış-veriş zamanı diqqətli olmalıdırlar

Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü

Şəmkir rayonunda hamilə qadın abort zamanı vəfat edib. Hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş verib. Belə ki, abort etdirmək üçün xəstəxanaya müraciət edən 1991-ci il təvəllüdlü Y.Əhmədovanın prosedur zamanı səhhətind

Milli Qəhrəmanın oğlu qəzaya düşdü

Gəncədə Milli Qəhrəmanın oğlu avtomobil qəzasına düşüb. -a istinadən xəbər verir ki, şəhərin Yeni Gəncə qəsəbəsi ərazisində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü

Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA

Azərbaycanda qızıl-zinət bazarında qiymətlərin formalaşmasına təsir edən əsas amil qızılın beynəlxalq bazar kotirovkalarıdır. xəbər verir ki, bunu -a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrini

Aprelin 1-dən maaş kartlarında YENİLİK – Banklar komissiya tələb edəcək?

Gələn il aprelin 1-dən etibarən Azərbaycanda vətəndaşlar əməkhaqlarını istədikləri bank vasitəsilə almaq imkanı əldə edəcəklər. Yeni qaydaya əsasən, maaş hesabının bir bankdan digərinə köçürülməsi üçün əlavə ödəniş tələ


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az xeber.az 2026 son xeberler bugun 2026 azerbaycan butun xeberler