"Qızlara ağ yaraşır" Qran-pri mükafatı qazanıb

Azercell və Azərbaycan Jüdo Federasiyasının sosial kampaniyası "Ad Black Sea" beynəlxalq festivalında qalib oldu.
Azercell və Azərbaycan Cüdo Federasiyasının birgə tərəfdaşlığı ilə həyata keçirilən "Qızlara ağ yaraşır" kampaniyası "Ad Black Sea" festivalının Qran-pri mükafatına layiq görülüb. Layihə bu ilin Qran-prisi ilə yanaşı, həm də "Dayanıqlı PR kampaniyaları" kateqoriyasında qızıl, bir neçə digər nominasiyada isə gümüş və bürünc mükafatlar qazanıb.
"Qızlara ağ yaraşır" kampaniyasının yaradıcı tərəfdaşı "Endorphin" reklam agentliyi isə festivalın "ən yaxşı agentliyi" mükafatına layiq görülüb. 10 ölkədən 301 iştirakçının 13 kateqoriya üzrə yarışdığı festivalda "Qızlara ağ yaraşır" toplam 13 kateqoriyanın 6-sı üzrə laureat olub
1. Festivalın 2023-cü il üçün Qran Pri mükafatı
"Dayanıqlı PR kampaniyası" nominasiyasında – qızıl mükafat
"Korporativ məqsədlər və sosial məsuliyyət" nominasiyasında – gümüş mükafat
"Dayanıqlı inşkişaf məqsədləri çərçivəsində əhali" nominasiyasında – gümüş mükafat
"İnteqrasiya olunmuş reklam kampaniyası" nominasiyasında – bürünc mükafat
"Televiziya və Film" nominasiyasında – bürünc mükafat
"Azercell Telecom" MMC-in prezidenti Zərinə Zeynalova bildirib ki, "Qızlara ağ yaraşır" sosial kampaniyası sadəcə idmana aid proqram deyil:"Bu layihə "Azercell"-in Azərbaycanda qızların idmanda, təhsildə və həyatda uğur qazana bilmələri üçün daha da parlaq gələcəyin yaradılmasına sərmayədir. Çünki bizim qızlar gələcəyin liderləri və rol modelləridirlər. Azərbaycanın gələcəyinə hədəflənmiş layihənin beynəlxalq səviyyədə tanınması və Qran-priyə layiq görülməsi bizi sevindirir və yeni-yeni layihələrə ilhamlandırır.", deyə Z. Zeynalova vurğulayıb.
"Bu cür əhəmiyyətli bir yaradıcılıq festivalında artıq bir Azərbaycan qurumu, sponsor tərəfdaş və eləcə də reklam tərəfdaşı agentliyi ilk dəfə festivalın əsas Qran-pri mükafatına, "Dayanıqlı PR kampaniyaları" kateqoriyasında qızıl mükafata və çoxsaylı gümüş və bürünc mükafatlara layiq görülüb və sosial yönümlü problemlərin həllində dövlət-özəl tərəfdaşlığının bariz nümunəsini yaradıb. Bu bizi çox qürurlandırır, həmçinin gələcək nailiyyətlərə motivasiya edir." – deyə Federasiyanın Baş katibi Rəşad Rəsullu bildirib.
"Azercell Telekom" MMC-in Azərbaycan Cüdo Federasiyasının tərəfdaşlığı ilə həyata keçirdiyi "Qızlara ağ yaraşır" sosial kampaniyası qızları inkişaf və idmana təşviq etmək məqsədi daşıyır. Kampaniya eyni zamanda erkən nikah mövzusuna da toxunur.
"Qızlara ağ yaraşır" çərçivəsində Azərbaycan Cüdo Federasiyası məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən 7-14 yaşlı ilk 1000 qıza cüdoqi hədiyyə olunub.
"Qızlara ağ yaraşır" yerli mediada da maraq doğuran və trendə düşmüş kampaniyalardan biridir:
Layihə haqqında ətraflı məlumat əldə etmək, həmçinin qızları cüdoya yazdırmaq üçün:
"Ad Black Sea" 2015-ci ildən Gürcüstanda keçirilən festivaldır. 14-16 sentyabr 2023-cü il tarixlərində Gürcüstanın Batumi şəhərində keçirilən bu festivalda sənayenin aparıcı simaları kreativ ideyalar paylaşıb, reklam və marketinq trendlərini müzakirə ediblər. Builki festivalda Gürcüstan, Azərbaycan, Ukrayna, Ermənistan, Bolqarıstan, Macarıstan, Rumıniya, Qazaxıstan, Özbəkistan və Baltikyanı ölkələr olmaqla 10 ölkə iştirak edib. 301 iştirakçı 13 kateqoriya üzrə Almaniya, Peru, Sinqapur, Braziliya, Bolqarıstan, Polşa, Gürcüstan, Türkiyədən olan jüri üzvlərinin iştirak etdiyi səsvermə prosesində güclərini sınayıb. / azxeber.com

İqtisadiyyat       Tarix: 27 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


yeni xeberler son xeberler azerbaycan xeberleri maliyye xeberler bugun xeber.az şou biznes xəbərləri cəbhədən ən son xəbər