"Qızlarını oxutmaq yerinə tez ərə vermək istəyirlər" – Deputatdan valideynlərə ETİRAZ
"Bir çox valideynlər qız övladları həddi-buluğa çatan kimi ərhaqqında düşünürlər, təhsil haqqında yox".
Bu sözləri Azxeber.com- açıqlamasında millət vəkili RaziNurullayev qızların təhsil problemlərindən danışarkən deyib. Deputat qeyd edibki, hər bir təhsilsiz qadın ailəsində "qapazaltına" çevrilir: "Təəssüflə qeyd etməliyəm ki, bir çox valideynlər qız övladları həddi-buluğa çatan kimi ərhaqqında düşünürlər, təhsil haqqında yox. Amma bu gün ər haqqında yox, təhsilhaqqında düşünmək önəmlidir. Hər bir təhsilsiz qadın, qız uşağı problemlərləyaşayır, ailəsində düzgün mövqeyə malik ola bilmir, hər zaman da, çox təəssüfki, "qapazaltına" çevrilir. Çünki savadsız qadın həm də ailədə öz övladındoğru-düzgün istiqamət və təhsil verə bilmir. Onun da bu haldan istifadə edən həyatyoldaşı da bəzən elə onun bu şəkildə qalmasında maraqlı olur. Bu, heç cüryolverilməzdir. Təəssüflə qeyd etməliyəm ki, xüsusilə Aran zonasında qızuşaqlarına hazırda təhsil almaq qadağası qoymayan atalar, onlar ödənişli təhsilədüşürsə, o zaman oğlan övladının təhsil haqqını ödəməyə meyillənir, qızövladının isə az bal toplamasını əsas gətirərək onun oxumasına şərait yaratmır.Sanki əlinə bəhanə düşür".
Deputat ən gözəl valideynlərin qızlarının təhsili üçünçalışanlar olduğunu da qeyd edib: "Mənim üçün ən gözəl ata, ən gözəl ana, əngözəl ailə odur ki, ilk növbədə təhsili qız uşağı üçün düşünür. Əlində olanıözünün qız övladına sərmayə yatırır, qız övladına təhsil verir, onu cəmiyyətdəuğurlu və gözəl yaşamaq üçün təlimatlandırır, təhsil, bilik verir. Ən gözəlvalideyn budur. Bu gün hər bir təhsilli qadın nəinki özü ayaq üstə dayanır, həmdə ailəsinin ayaq üstə dayanmasına köməklik göstərə bilir. O baxımdan hesabedirəm ki, Azərbaycan höküməti qadınların təhsil almasına stimul, motivasiyaverən müəyyən addımların atılmasında maraqlı olmalıdır. Bu addımların nədəribarət olduğu ilə də bağlı bu yaxınlarda mən açıqlama ilə çıxış etdim. Əslindəbu gün o qədər dövləti yükə salmayan yaxın və uzaq perspektivdə Azərbaycan cəmiyyətinininkişafına, iqtisadiyyatının inkişafına, ailə dəyərlərinin inkişafına töhvə verəbilən o qədər addımlar var ki, bunlar maliyyə yükü də tələb etmir, güclü səylərdə tələb etmir. Sadəcə olaraq bunları qanunvericilik halına gətirmək lazımdır.Bununla bağlı da mənim təkliflərim olacaq".
Aydın

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı