Qlobal neft tələbatının bərpa prosesi ən az 3 il çəkəcək

Qlobal neft tələbatının bərpa prosesi ən az 3 il çəkəcəkCOVID-19 epidemiyası fonunda qlobal xam neft tələbatının bərpa prosesi üçün ən az 3 il vaxt lazımdır. Əgər pandemiya daha uzun müddətdə nəzarət altına alınarsa, neft tələbatının COVID-19-dan əvvəlki səviyyəyə qayıtması 2027-ci ildə mümkün olacaq.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Bildirilir ki, cari ildə qlobal enerji tələbatı 5 faiz azalacaq, neft tələbatındakı geriləmə isə 8 faizə çatacaq. Yeni növ koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün ölkələr tərəfindən tətbiq olunan səyahət məhdudiyyətləri, xüsusilə müxtəlif karantin qaydaları tələbatın azalmasında təsirli olacaq. Beləliklə də, keçən il gündəlik təxminən 98 milyon barrel olan qlobal neft tələbatı bu ilin sonuna qədər sutkada 89,6 milyon barrelə düşəcək.
Əgər COVID-19 epidemiyası 2021-ci ildə nəzarət altına alınarsa, həmin il qlobal neft tələbatı gündəlik 94,5 milyon barrelə yüksələcək. Neft tələbatının COVID-19-dan əvvəlki səviyyəyə qayıtması isə yalnız 2023-cü ildə baş verəcək və bu dövrdə sutkalıq tələbat 98 milyon barrelə qədər artacaq.
Neft tələbatı 2025-ci ildə sutkada 100 milyon barrelə, 2030-cu ildə 103,2 milyon barrelə çatacaq, lakin bu göstərici 2040-cı ilədək sabit şəkildə qalacaq. 2040-cı ildə qlobal neft tələbatının gündəlik 104 milyon barrelə çatacağı gözlənilir.
Digər tərəfdən, epidemiyanın nəzarət altına alınması daha uzun vaxt çəkərsə və iqtisadi bərpa prosesi 2023-cü ilə qalarsa, o zaman qlobal neft tələbatı yalnız 2027-ci ildə gündəlik 98 milyon barrel səviyyəsinə çataraq COVID-19-dan əvvəlki səviyyəyə qayıdacaq. Bu ssenari üzrə qlobal neft tələbatı 2040-cı ildə sutkada 99,7 milyon barrelə yüksələcək.
Lakin tələbata təsir edəcək bir çox amil var. COVID-19-dan sonrakı dövrdə avtomobil satışlarındakı yavaşlama, beynəlxalq daşımalarda avtomobil nəqliyyatının azalması, elektrikli nəqliyyatın geniş yayılması, enerji istehlakı üzrə vərdişlərdəki dəyişiklik, səyahətlərdəki azalma və videokonfranslarla iclasların keçirilməsindəki artım, hava yolundan istifadəsinin azalması, zəif iqtisadi böyümə səbəbindən neft-kimya sektorundakı azalma və enerji səmərəliliyi investisiyalarının artması neft tələbatının azşağı səviyyələrdə qalmasında təsirli olacaq.
İctimai nəqliyyat vasitələrindən istifadədəki istəksizlik, SUV model avtomobillərin satışlarında artım tempinin davam etməsi, aşağı neft qiymətləri, emissiyaların azaldılmasına dair müraciət və qərarların təxirə salınması, birdəfəlik istifadə edilən plastik və qablaşdırma materiallarının istifadəsindəki artım isə neftə olan tələbatda əhəmiyyətli rol oynayacaq.
Neft tələbatı, xüsusilə inkişaf etmiş ölkələrdə iqtisadi artımın ən vacib göstəricilərindən biri kimi qəbul edilir.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 16 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun ən son xeberler cəbhədən xəbər cəbhədən xəbərlər