Qobustan həbsxanasında məhkumlarda və əməkdaşlarda koronavirus aşkarlanıb
Qobustan həbsxanasında məhkumlarda və əməkdaşlarda koronavirus aşkarlanıb
Aparılmış testlər nəticəsində 29 avqustda 188 nəfər yeni yoluxma halı qeydə alınmaqla ölkə üzrə koronovirusla yoluxma sayında müəyyən dərəcədə artım müşahidə olunub.
Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Artımın səbəbləri araşdırılıb və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasında və "AZFEN" Birgə Müəssisəsinin Bayıl istehsalat sahəsində yoluxma ocaqları müəyyən edilib.
Aparılmış müayinələr nəticəsində Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasının iki əməkdaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Dərhal həmin əməkdaşların təmasda olduqları həbsxana heyəti və məhkumlar təcrid olunub və onlar COVID-19 müayinəsindən keçirilib. Nəticədə beş nəfər həbsxana əməkdaşı, 19 nəfər məhkum olmaqla 24 nəfərdə COVID-19 müayinələrinin nəticələri pozitiv çıxıb.
Virusa yoluxmuş şəxslərin sağlamlıq durumu kafidir, onların əksəriyyətində xəstəlik simptomsuz keçir, ağırlaşma halları müşahidə olunmur.
Hazırda Qobustan həbsxanasında ciddi epidemioloji nəzarət tətbiq edilmiş və virusun yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.
Növbəti yoluxma mənbəyi "AZFEN" Birgə Müəssisəsinin Bayıl istehsalat sahəsində müəyyən olunub. Şirkətin əməkdaşlarından götürülmüş test nümunələrinin 20-nin nəticələri pozitiv olub. Hazırda həmin müəssisədə epidemioloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əks-epidemik işlər aparılır. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb