Qonşu ölkələrdə benzin bahalaşdı: Azərbaycanla müqayisə – Yeni qiymətlər
"Gürcüstanda və Ermənistanda avtomobil yanacağının pərakəndə satış qiymətləri fevrala nisbətdə ortalama 20-25% artıb".
KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bunu enerji məsələləri üzrə ekspert İlham Şaban deyib.
Ekspert enerji bazarları üzrə ixtisaslaşan Böyük Britaniyanın "Argus" agentliyinin 23 mart tarixinə olan məlumatına istinad edib.
O bildirib ki, sözügedən hesabata əsasən avtomobil yanacaqlarının 1 litri belədir:
Ai-92 – $1,06 – 1.80 AZN
Ai-95 – $1.14 – 1.94 AZN
Ai-98 – $1.35 – 2.29 AZN
Dizel Avro 5 – $1.19 – 2.02 AZN
CNG – $0.67 – 1.14 AZN.
İ.Şaban "Argus"un məlumatlarına əsasən vurğulayıb ki, Gürcüstana martda yanacaq Rumıniya və Bolqarıstan neft emalı zavodlarından tədarük edilib:
"Ai-92 markalı benzin isə Azərbaycandan Gürcüstanın dövlət müəssisələrinin ehtiyacı üçün alınıb. Ermənistanda 1 litr yanacağın pərakəndə satış qiymətləri Ai-92 üçün $1,27, Ai-95 üçün $1.32 və Dizel Avro 5 üçün $1,38 təşkil edib".
Ekspert əlavə edib ki, Azərbaycanın daxili bazarında Dizel Avro 5 standartda yanacaq satılmır:
"Ona görə də qonşu ölkələrdəki qiymətlərlə müqayisə edərkən çox baha olmasına görə təəccüblənməyin".

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı