Qoruyucu əlcəklər bizi nə dərəcədə qoruyur?
Belə adlandırılan "qoruyucu əlcəklər" bizi COVID-19 infeksiyasından nə dərəcədə qoruyur və onlara nə dərəcədə etibar etmək olar?
Milli.Az bildirir ki, Belçikada yaşayan Azərbaycan mənşəli həkim Mövsüm Məmmədov AZƏRTAC-ın müxbiri ilə söhbətində maraqlı faktlar göstərib. Onun sözlərinə görə, maskaların qismən də olsa səmərəliliyinə heç kəs şübhə etmir, amma maskalardan fərqli olaraq əlcəklərlə bağlı vəziyyət o qədər də sadə deyil.
Həkimlər və bütün tibb işçiləri öz işlərində həqiqətən birdəfəlik əlcəklərdən məcburi qaydada istifadə edirlər, lakin belə əlcəklər insanın əllərini yalnız ciddi çirklənmədən - məsələn qandan və digər bioloji mayelərdən qoruyur. Bakteriya və viruslardan müdafiəni isə belə əlcəklər yalnız çox qısa müddətdə təmin edir. Əlcəklər məsaməli materialdan hazırlandığına görə eyni əlcəkdən istifadə müddətindən asılı olaraq insan orqanizminə düşmüş patogen mikroorqanizmlərin sayı artır. Məhz bu səbəbdən, birdəfəlik əlcəkdən istifadə edildikdən sonra həkimlər əllərini yaxşıca yuyur və dezinfeksiya edirlər.
Həmsöhbətimiz xəbərdarlıq edib ki, belə əlcəklərdən istifadə yoluxma riskini hətta artıra bilər. Doktor Məmmədov deyib: "Birdəfəlik əlcək geyindikdə dəri çox sürətlə tərləməyə başlayır. İsti və rütubətli mühit isə bakteriya və virusların bütün növləri üçün ideal şəraitdir".
Milli.Az /news.milli.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar