Qovulan işçilər, yoxsa Maskın növbəti zarafatı? - FOTO/VİDEO
Qovulan işçilər, yoxsa Maskın növbəti zarafatı? - FOTO/VİDEO
ABŞ-də "Twitter"in binasının qarşısında əllərində qutular olan və özlərini şirkətin işdən qovulmuş işçiləri kimi təqdim edən insanlar jurnalistlərə qəribə açıqlamalar veriblər.
Bu barədə "Verge" kadrlar yayıb.
Videoda "işdən çıxarılan" əməkdaşlardan biri özünü Rahul Liqma kimi təqdim edir.
Lakin nəşr bu adın "Slack Twitter" mesajlaşma xidməti və elektron poçt sistemində olmadığını təsdiqləyib.
Materialda qeyd olunur ki, "Liqma" adı vulqar internet zarafatına işarə ola bilər.
Şirkətin işdən çıxarıldığı iddia edilən əməkdaşlarından biri öz açıqlamasında qeyd edib ki, əgər Mask 2008-ci ildə "Twitter"ə sahib olsaydı, Barak Obama prezident, Mişel Obama isə birinci xanım olmazdılar.
İlon Maskın özü bu faktı təsdiq və ya təkzib etməsə də, işdən çıxarıldığı iddia edilən iki əməkdaşın fotolarını sosial hesabında yerləşdirib.
Qeyd edək ki, bir müddət əvvəl İlon Maskın "Twitter"i satın almasından sonra şirkətdə ixtisarların başladığı barədə məlumatlar yayılıb. Bildirilir ki, Mask sövdələşmə bağlandıqdan dərhal sonra iş yerlərini ixtisar etməyə başlayıb, icraçı direktor Paraq Aqraval, maliyyə direktoru Ned Seqal və digərləri işdən azad ediliblər. Bundan başqa, məlum olub ki, bəzi əməkdaşlar noyabrın 2-nə planlaşdırılan görüşə dəvət almayıb. Lakin cümə axşamı o, kütləvi ixtisarların olmayacağını şəxsən bildirib.
Xatırladaq ki, oktyabrın 28-də İlon Mask "Twitter"in yeni sahibi kimi ilk paylaşımını edib və sövdələşməni "quş azadlıqdadır" kimi təsvir edib. / oxu.az

AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
Azərbaycan Hava Yollarının Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artdı - FOTOLAR
Bu ərazilərdə işıq olmayacaq
İlham Əliyev Malavi liderini təbrik etdi
Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?
Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi
Ankara Zirvəsi ilə bağlı sensasion detallar: NATO Rusiyaya qarşı yeni strategiya hazırlayır?
Prezident Neft Fondunun ötənilki büdcəsinin icrasını təsdiq etdi
Messi iki rekorda imza atdı
Yeni dələduzluq üsulu yayıldı - DİN-dən əhaliyə xəbərdarlıq
15 yaşlı qız itkin düşdü
Əmircanda bacısının nişanlısını bıçaqlayan şəxsə hökm oxunub
Sabirabadda güllələnmiş kişi meyiti tapıldı
Yumurtanın təzə olub-olmadığını necə yoxlamaq olar?
İyulun 10-da su kəsiləcək - Bu ərazilərdə