Qripə qarşı peyvənd KORONAVİRUSDAN QORUYURMU? - ÜST AÇIQLADI

Qripə qarşı peyvənd KORONAVİRUSDAN QORUYURMU? - ÜST AÇIQLADIÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) qrip əleyhinə peyvəndlərinin koronavirusa təsirini inkar edib.
Milli.Az xəbər verir ki, bu barədə ÜST-nin rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib.
Yazareviç mövsümi qripə qarşı peyvənd edilmiş insanların COVID-19-a daha yaxşı dözdükləri və ya xəstəliyi yüngül keçirməsi barədə yayılan məlumatları təsdiqləməyib.
"Bu xəbərlərin etibarlılığına dair heç bir elmi dəlil yoxdur" , - təşkilat rəsmisi əlavə edib.
Qeyd edək ki, martın 21-də ÜST-ün baş direktoru Tedros Adhan Qebreyesus koronavirusla mübarizə üçün alkoqoldan və siqaretdən imtina etməyi məsləhət görüb. Onun sözlərinə görə, siqaret infeksiyaya yoluxduqda xəstəliyin ağır formasının inkişaf riskini artıra bilər.
Son məlumatlara görə, dünyada 303,8 min insan koronavirusa yoluxub. Cəmi 12 min 973 ölüm hadisəsi qeydə alınıb, 91 min 678 nəfər sağalıb.
Xatırladaq ki, Rusiyanın İnfeksion Kliniki Xəstəxanasının baş həkiminin müavini Natalya Antipyat da bildirmişdi ki, yuxarı tənəffüs yolları tütün tüstüsünün zərərli komponentləri bədənə daxil olan giriş qapısıdır: "Daim siqaret çəkən insanlarda tüstü tənəffüs epitelini zədələyir, bronxlardakı epitelin qoruyucu funksiyası pozulur və beləliklə, immunitet zəifləməyə doğru gedir".
Ekspertin sözlərinə görə, siqaret çəkənlərin koronavirusa tutulma riski daha yüksəkdir. Çünki onlarda artıq tənəffüs sistemi pozğunluqları var, buna görə virusun bədən toxumalarına onlar vasitəsilə nüfuz etməsi daha asandır.
Rusiya Səhiyyə Nazirliyinin baş narkoloqu Yevgeni Bryunsa açıqlamışdı ki, koronavirusla mübarizədə spirtli içki içmək nə xəstəliyə, nə də profilaktikaya kömək edəcək. Hər hansı infeksiya toksikozdur və alkoqol toksikozu artırır, odur ki, vəziyyət daha da pisləşəcək. (publika.az)
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 24 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd


yeni xeberler azerbaycan xeberleri son xeberler maraqlı xəbərlər cəbhədən canlı sonxeber.az cəbhədən görüntüleri