Qriqoryan İranı aldadır: əks halda rus ordusu girəcək

Qriqoryan İranı aldadır: əks halda rus ordusu girəcəkErmənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın son vaxtlar ciddi şəkildə narahat olduğu Zəngəzur dəhlizi ilə bağlı "Tasnim" agentliyinə açıqlama verib.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, Qriqoryan bir daha ictimai şəkildə İrəvanın Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəyi ilə bağlı mövqeyini təkrarlayıb.
O bildirib ki, 44 günlük müharibənin nəticəsi olaraq imzalanan 10 noyabr bəyanatında Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmini məsələsində "dəhliz" ifadəsi yoxdur.
"Nə 10 noyabr bəyanatında, nə də 11 yanvar 2011-ci il bəyanatında dəhlizlə bağlı bənd var. Bir daha xatırlatmaq istəyirəm ki, Ermənistan heç vaxt dəhliz təklif etməyib və etməyəcək və dəhlizlə bağlı danışıqlar aparmayacaq", - Qriqoryan deyib.
Buna baxmayaraq, o, Azərbaycanın qərb rayonlarından Naxçıvana və Türkiyəyə nəqliyyat əlaqəsinin təmin edilməsinə hazır olduqlarını, ancaq bu yolun birbaşa Ermənistanın nəzarətində olacağını bildirib.
Ermənistan TŞ katibi bunun ardınca "terrorçu" məsələsinə də toxunub və bildirib ki, regionda başqa dövlətlərin hərbi varlığı və terrorçular təhlükəsizlik üçün narahatlıq yaradır.
Qeyd edək ki, açıqlamanın İranın son günlər ritorikası və narahatlığı üstündə qurulduğuna heç bir şübhə yoxdur. Qriqoryan birdən-birə "terrorçulardan" və "başqa ölkələrin silahlı qüvvələrinin regionda olmasından" narahatlığını ifadə etməsi əslində birbaşa Tehranın siyasi iddialarının ifadəsidir. Regionda "başqa ölkələrin" siyasi qüvvələrindən danışarkən, yalnız Rusiya göz önünə gəlir. Çünki Qafqazda Rusiya silahlı qüvvələrinin xarici bazaları, Sərhəd Xidmətinin əməkdaşları var və bunlar da Ermənistan ərazisində yerləşib. Bəs, Ermənistan hansı ölkənin "qüvvələrindən" narahatdır?
Əlbəttə ki, söhbət Türkiyədən və türk ordusunun Azərbaycanda mövcudluğu ehtimalından gedir. Bu isə İranın narahatlığıdır. Halbuki Türkiyə ordusu Azərbaycanda yoxdur, əvəzində Rusiya var. Əgər İran "başqa ölkələrin silahlı qüvvələrinin regionda mövcudluğundan" narahatdırsa, Ermənistanı rus bazalarını ölkəsindən çıxarmağa vadar etsin - cəsarəti çatarsa.
Terrorçular da İran siyasi ambisiyalarının tutalğac kimi istifadə etməyə çalışdığı bəhanədir. Qafqazda qanunsuz silahlı birləşmə və terrorçular yalnız Qarabağda yerləşir – söhbət rus sülhməramlılarının arxasında gizlənən erməni qanunsuz birləşmələrindən gedir. Başqa hər hansı terrorçu yoxdur və bu barədə sübut da mövcud deyil.
Əsas məsələ isə əlbəttə ki, Zəngəzur dəhlizidir. İran Ermənistana Zəngəzur dəhlizinin açılmaması üçün hər vasitə ilə təzyiq edir. Qriqoryanın dilindən səslənən "bəyanatlarda dəhliz ifadəsi yoxdur" sözləri də buna hesablanıb.
Əslində isə 10 noyabr bəyanatında əksini tapan müddəa başqa nəticə çıxarmağa əsas verir. Doğrudur, bəyanatda Ermənistandan keçən nəqliyyat xətləri "dəhliz" adlanmır. Ancaq Laçın dəhlizi və Ermənistandan keçən nəqliyyat yolu ilə bağlı ifadələri tutuşduraq:
Bəyanatın 6-cı bəndində deyilir: Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
İndisə bəyanatın 9-cu bəndinə baxın: Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.
Diqqət edin:
1. Laçın dəhlizində nəqliyyatın hərəkət təhlükəsizliyinə Azərbaycan, Zəngəzurdan keçən yolda təhlükəsizliyə isə Ermənistan ZƏMANƏT VERİR.
2. Laçın dəhlizinə rus sülhməramlıları yerləşdirilir, Zəngəzurdan keçən yola isə rus sərhədçiləri.
3. Qarabağla Ermənistan arasındakı əlaqəni təmin edəcək və Laçın şəhərindən keçməyən yol çəkiləcək, oranın təhlükəsizliyi üçün rus sülhməramlıları yerləşdiriləcək, əvəzində "Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək".
Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək kommunikasiyalar – yeni yolun tikilməsinə qədər və həm də bu kommunikasiya deyil, kommunikasiyalardır – 10 noyabr bəyanatında Laçın dəhlizi ilə birəbir eynidir. Yalnız "Zəngəzur dəhlizi" ifadəsi işlədilməyib.
O yolların Ermənistanın nəzarətində olması barədə bir kəlmə də yoxdur. Necə ki, Azərbaycan Laçın dəhlizinin təhlükəsizliyinə zəmanət verir, Ermənistan da Zəngəzur yoluna zəmanət verir və hər iki yolu rus sülhməramlı və sərhədçiləri qoruyur.
Adı "Zəngəzur dəhlizi" olmasın, olsun "Zəngəzur yolu" – nə fərqi var?! Əsas odur ki, o yolla bağlı bütün şərtlər Laçın dəhlizinin şərtləri ilə eynidir.
İrəvan nəzərdə tutulan yol/dəhliz üçün danışıqlara başlamağa məcburdur, həm də bu yol bir ədəd olmayacaq! Ermənistan ərazisindən keçən yolun isə qonşulara heç bir dəxli yoxdur – bu öhdəliyi Putinin şahidliyi və imzası ilə Paşinyan götürüb.
Putin Sərkisyanın şifahi razılığına zəmanət verdiyi üçün Aprel savaşını dayandırdı; Ermənistan öhdəliyindən qaçdığı üçün nələr baş verdi, gördünüz.
Bu dəfə Putin təkcə şifahi söhbətə deyil, yazılı sənədə öz imzası ilə zamindir. Paşinyanın Qriqoryanı müzakirə aparmayacaq, onda Rusiya sərhədçilərinə cavab verməli olacaq.
Əlbəttə, Azərbaycan Ordusu böyük həvəslə rus sərhədçilərinə yardım etməyə hazırdır!

Dünya     Baxılıb: 317   Tarix: 14 oktyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən xəbər son xeber 2025 sonxabar cəbhədən canlı