Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama
2006-cı ildən əvvəl işləyən şəxslərin pensiya kapitalının necə hesablanması bir çox vətəndaşı maraqlandırır. Çünki həmin dövrdə ödənilən sosial sığorta haqları deyil, iş stajı əsas götürülərək pensiya kapitalı formalaşdırılır. Qanunvericiliyə görə, 2006-cı il yanvarın 1-dək olan hər il iş stajına görə müəyyən məbləğdə pensiya kapitalı hesablanır və sonradan indeksləşdirilir.
2006-cı ildən əvvəlki iş stajı pensiya kapitalına necə çevrilir? Bu, gələcək pensiyanın məbləğinə necə təsir edir?
azxeber.com xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov 2005-ci ilin sonunadək olan dövr üzrə pensiya hesablanarkən vətəndaşın topladığı pensiya kapitalı yox, iş stajı nəzərə alınır deyib.
"Həmin dövr üçün hər il iş stajına görə 306 manat məbləğində şərti pensiya kapitalı hesablanır. Məsələn, şəxs 2006-ci ilədək yeddi il işləyibsə, onun üçün 7 × 306 manat, yəni 2142 manat pensiya kapitalı müəyyən edilir. 2006-cı ildən sonrakı dövr üzrə isə vətəndaşın fərdi hesabında toplanan və indeksləşdirilən pensiya kapitalı nəzərə alınır. Bu məbləğlər şəxsin fərdi pensiya hesabına əlavə olunur".
İqtisadçı bildirib ki, yaşa görə əmək pensiyası təyin edilərkən fərdi hesabda toplanmış ümumi pensiya kapitalı 144 aya bölünür:
"Bu da 12 illik dövrə uyğun ayların sayıdır. Nəticədə əldə olunan məbləğ vətəndaşın aylıq pensiyasını təşkil edir. Beləliklə, pensiya məbləği hesablanarkən 2006-cı ildən əvvəlki dövr üzrə iş stajına görə hesablanan şərti kapital və 2006-cı ildən sonrakı dövrdə toplanmış faktiki pensiya kapitalı birləşdirilir. Bu səbəbdən, xüsusilə 2006-cı ildən əvvəl uzunmüddətli əmək stajına malik olan şəxslərin pensiya məbləği daha yüksək olur".

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu