Quba Palace Hotel-də Yeni İl şou proqramı: ulduz ifalar, qala şam yeməyi və ailəvi əyləncə

Quba Palace Hotel-də Yeni İl şou proqramı: ulduz ifalar, qala şam yeməyi və ailəvi əyləncə31 dekabr – 1 yanvar tarixlərində Quba Palace Hotel Yeni il münasibətilə qonaqları üçün geniş və rəngarəng şou proqram təqdim edəcək.
azxeber.com xəbər verir ki, bayram gecələrində tanınmış sənətçilərin çıxışları, qala şam yeməyi, uşaqlar üçün əyləncə proqramı və müxtəlif sürprizlər nəzərdə tutulub.
31 dekabr – Yeni İl gecəsi Azərbaycanın Xalq artisti Eyyub Yaqubovun konsert proqramı ilə keçiriləcək. Gecədə həmçinin müğənni Məryəm Şabanova və Show N1 rəqs qrupu səhnə alaraq bayram gecəsinə xüsusi rəng qatacaq.
Yeni ilin ilk günü isə Əməkdar artist Ədalət Şükürovun ifaları ilə davam edəcək. Sevilən hitlərdən ibarət proqram qonaqlara bayram əhval-ruhiyyəsi yaşadacaq.
Yeni İl gecəsi çərçivəsində qonaqlar üçün zəngin qala şam yeməyi təşkil olunacaq. Xüsusi menyu ilə təqdim edilən şam yeməyində milli və dünya mətbəxinin seçmə təamları yer alacaq. Peşəkar xidmət və bayrama uyğun dekorasiya gecənin ab-havasını daha da zənginləşdirəcək.
Ailəvi istirahət üçün nəzərdə tutulmuş proqramda uşaqlar üçün xüsusi əyləncə proqramı da hazırlanıb. Balaca qonaqlar animatorlar, oyunlar, müsabiqələr, Şaxta baba və nağıl personajlarının iştirakı ilə təşkil olunacaq əyləncələrdə iştirak edəcəklər.
Quba Palace Hotel-də əyləncə bununla bitmir. Bayram proqramı sonrakı günlərdə də davam edəcək.
Belə ki, 2 yanvar tarixində Azərbaycanın Xalq artisti, səhnəmizin "Karmeni" kimi tanınan Fidan Hacıyeva möhtəşəm konsert proqramı ilə qonaqların qarşısına çıxacaq.
3 yanvar tarixində isə səhnədə enerjili ifaları ilə tanınan "Şeron" qrupu çıxış edəcək.
Şou proqram boyunca qonaqları həmçinin:
bir-birindən qiymətli hədiyyələr,
maraqlı sürprizlər,
rəqs və interaktiv əyləncələr,
Əyləncə komandasının xüsusi çıxışları gözləyir.
Qeyd edək ki, Quba Palace Hotel hər il olduğu kimi bu il də Yeni ili ailəvi, komfortlu və yüksək səviyyədə qeyd etmək istəyən qonaqlar üçün zəngin və çoxgünlük proqram hazırlayıb.
Ətraflı məlumat və rezervasiya üçün əlaqə nömrələri:
(012) 404 34 34
(099) 255 00 55
Yeniliklər və proqramla bağlı məlumatları hotelin sosial şəbəkə səhifələrindən də izləmək mümkündür:

İqtisadiyyat       Tarix: 01 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"


yeni xeberler azerbaycan xeberleri son xeberler en sonxeber hava durumu sonxabar az havanın temperaturu