Qulaq tıxacı narahat edir?

Qulaq tıxacı narahat edir?Açar sözlər: qulaq tıxacı, xaric etmə yolu.
Qulaqda tıxac, xoşagəlməz simptomları ilə özünü biruzə verdikdə, həlli yolları axtarılan bir problemdir. Bu simptomlara öz səsini təhrif olunmuş şəkildə eşitmək, qulaqda küy, qulağın tutulması və ağrı aiddir. Bəzi hallarda - başgicəllənmə, baş ağrısı, öskürək, qusma kimi  hallar müşahidə oluna bilər. Bunlar qulaq tıxacının azan sinirini sıxması nəticəsində əmələ gəlir. Qulaq tıxacının bir təhlükəli nəticəsi də eşitmənın zəifləməsidir.
Qulaq kirinin funksiyası. Ümumiyyətlə, qulaq kiri, vacib funksiyanı yerinə yetirir - yad cisimləri, hissəcikləri və infeksiyanı qulaqdan xaric edir. Onun tərkibində göbələklər və bakteriyalarla mübarizə apara bilən maddələr vardır. Bundan başqa qulaq kiri təbil pərdəsi üçün komfortlu nəmli mühit yaradır. Qulaq kiri-çirk deyil, o, çeynəmə, danışıq, öskürək zamanı özü xaric olur. Amma bu prosess pozulan zaman qulaq kiri qulaq keçəcəyində qala bilər və ölmüş hüceyrələri özünə birləşdirərək tıxac əmələ gətirə bilər. Tədricən tıxac böyüyür və təbil pərdəsinə çatır.
Qulaq tıxacının əmələ gəlmə səbəbləri. Bu müxtəlif səbəblərdən olur. Ən çox yayılmış səbəblərdən biri - qulağın qulaq çöpləri ilə təmizlənməsidir. İş ondadır ki, biz qulağımızı təmizləmək istədikdə əks effekt ala bilərik. Belə ki, qulaq kiri təmizlənən zaman, qulaq keçəcəyinin epiteli üçün lazım olan kirin defisiti əmələ gəlir və bu zaman qulaq kiri vəziləri daha fəal işləməyə başlayaraq daha çox qulaq kirinin ifraz olunmasına səbəb olur. Nəticədə, təbii təmizlənmə prosesi pozulur. Bundan başqa qulaq çöpü kiri içəri, təbil pərdəsinə tərəf itələyir. Tədricən qulaq kiri sərtləşir və qulaq tıxacı əmələ gəlir. Bu o demək deyil ki, qulağın gigiyenasından imtina etmək lazımdır, sadəcə bunu düzgün yerinə yetirmək lazımdır. Qulaq çöpləri ilə yalnız qulaq seyvanını təmizləmək lazımdır. İkinci səbəb - eşitmə borusuna suyun düşməsidir. Bu dərinin müdafiə baryerini pozur. Əgər qulaqda patogen bakteriyalar da olarsa xəstəlik baş qaldıra bilər. Bu da nəinki qulaq tıxacının əmələ gəlməsinə, həm də xarici qulağın iltahıbına və ya xarici otitə səbəb ola bilər. Ona görə də üzgüçülüklə məşğul olanlar qulağın gigiyenasına xüsusi diqqət yetirməlidir.
Qulaq kirini necə xaric etməli? Tibbdə eşitmə borusunu təmizlənməsi üçün bir neçə üsuldan istifadə edilir. Ənənəvi  üsul Janne şprisi ilə yuyulmadı. Lakin bu üsulun bir çox əks göstərişləri var: şəkərli diabet, xarici otit və təbil pərdəsinin zədələnməsi. Digər üsul - elektrik sorucu vasitəsilədir. Bu üsul həkim tərəfindən xüsusi cərrahi alətlər vasitəsilə həyata keçirilir. Bu çox ağrılı bir prosedur olub, əvvəlcədən qulaq kirinin yumşalmasını tələb edir. Qulaq tıxacının ən təhlükəsiz və tamamilə ağrısız xaric etmə üsulu eşitmə borusuna  xüsusi vasitələrin yeridilməsidir. Bu maddələr əvvəl qulaq kirini yumşaldır və sonra xaric edir. Qulaq tıxacının əmələ gəlməsinin qarşısını almaq üçün, gündəlik diş təmizləmək kimi bunu da adət halına gətirmək lazımdır.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR. /news.milli.az

Sağlamlıq       Tarix: 18 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"


azerbaycan xeberleri son xeberler yeni xeberler cebheden xeber az xeber cəbhədən son məlumatlar iqtisadiyyat xeberleri bugun