Ququş Azərbaycanla bağlı suala belə cavab verdi - FOTO

Ququş Azərbaycanla bağlı suala belə cavab verdi - FOTODünya şöhrətli azərbaycanlı müğənni Ququş Azərbaycana gəlməyi çox istədiyini deyib.
Sənətçi izləyicilərinin suallarını cavablandırıb. O, "Biz Azərbaycan mahnılarını sizin səsinizdə eşitmək istəyirik. Cənubi azərbaycanlı olaraq niyə bu günə kimi ana dilinizdə bir albom hazırlamamısınız" sualına belə cavab verib:
"Çox gözəl sualdır. Mən çox istərdim, amma studiyada yazılmış cəmi bir əsərim var, o da "Ayrılıq"dır. Təəssüf ki, İrandan ayrı düşdüm. Müxtəlif ölkələrdə, şəhərlərdə konsert verirəm, ancaq fürsət olmadı ki, Azərbaycanda da konsert verim. Hər zaman arzum olub və indi də arzu edirəm. Bu dediyiniz ideya, fikrimcə çox gözəldir. Azərbaycana getməliyəm, bunu çox istəyirəm".
Qeyd edək ki, Ququş (Faiqə Atəşin) 5 may 1950-ci ildə Tehranda dünyaya gəlib. Atası Sabir və Anası Nəsrin Atəşin olub.
Ququş 1970-ci illərdə İranın ən sevilən qadın müğənnisi idi. Lakin həmin illərdə İran rejimi dəyişir deyə, öncə onun mahnıları qadağan edilir, daha sonra isə "evlənmədən eşq münasibəti yaşayır" adı ilə həbs edirlər. Dönəmin bütün sənətçiləri xaricə qaçsa da, o, İranda qalır.
1990-cı ildə evlənərək Amerikaya köçür, 20 il fasilədən sonra albom buraxır və albomu satış rekordları qırır. Qısa müddətdə yenidən zirvəyə yüksələn və əvvəlki şöhrətini özünə qaytaran Ququş xüsusilə də ölkəsini tərk etmək məcburiyyətində qalan iranlılar və rejim əleyhdarları üçün ümid və azadlıq simvoluna çevrilib.
///olay / azxeber.com

Şou Biznes       Tarix: 19 mart 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR

Özünəməxsusluğu ilə fərqlənən gənc və sevilən  müğənni Zəminə Rəhimova növbəti dəfə tərzi ilə göz oxşayıb. xəbər verir ki, sənətçi milli motivlərlə müasir dəbin sintezindən ibarət yeni fotosessiyasını təqdim edib. Son illərd

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu gun valyuta mezennesi ensonxeberler xəbər az