Qurban kəsənlərin bu qaydalara riayət etmələri mütləqdir
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.
İyunun 28-i və 29-u Qurban bayramı günləridir.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev Trend-ə bildirib ki, qurbanlıq heyvan alan zaman birinci qurbanlığın sağlamlığına diqqət yetirmək lazımdır.
"Belə ki, heyvanın bütün bədən əzaları yerində olmalıdır. Qurbanlıq minimum xırdabuynuzlu heyvanlardan başlayır və ondan yuxarı iribuynuzlu heyvanlardan dana, öküz olar. Bütün bunlardan yuxarı isə dəvə kəsmək olar. Maraqlı məqam isə erkək yoxsa dişi heyvanın kəsilməsi məsələsidir. Əslində, dişi heyvan da kəsilə bilər. Amma ən yaxşısı erkək heyvan kəsməkdir. Bunun da əsas səbəbi sürüdə artımı dişi heyvan verir. Ancaq sürüdə iki-üç erkək heyvan olsa kefayət edir. Qoyun, keçi kəsən zaman onların yaş həddi 8 ayı ötsə yaxşıdır. Bir illik olsa isə daha yaxşı olar. İribuynuzlu heyvanıni bir yaşı mütləq tamam olmalıdır. Dəvə də 5 illik olsa münasibdir."
F.Nurullayev bildirib ki, xırdabuynuzlu heyvanları kəsməyə şərik olmaq olmaz.
"Belə heyvanı bir ailə adına kəsilə bilər. İribuynuzlu heyvanı isə 7 nəfər də kəsə bilər. Qurban üç hissəyə bölünür. Məsələn, 15 kiloluq bir qoç kəsilibsə onun 5 kilosunu ailəsinə sərf edə, 10 kilonun 5 kilosunu isə yaxın qoyum-əqrabasında olan yoxsullara paylaya, yerdə qalan 5 kilosunu isə qohum əqrabası olmayan yoxsul yad insanlara versə yaxşı olar", - deyə o qeyd edib. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi