Qurban Qurbanov istefa xəbərlərindən danışdı: "Sözüm yoxdur"

Qurban Qurbanov istefa xəbərlərindən danışdı: "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda "Ayaks" 0:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında iştirak edib. 
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, əvvəlcə matça bağlı fikirlərini bildirib:
– Məğlub olduq. Oyuna heç də pis hazırlaşmamışdıq. Bunu siz də hiss etdiniz ki, oyuna çox dinamik başladıq. Ancaq sonda belə bir məğlubiyyət oldu. Oyunçularımızın qırmızı vərəqə alması daha pisdir. Digər oyunlarımız üçün də futbolçularımızın sayı azalır. Biz böyümək istəyirik. Ancaq bunun üçün bir çox elementlər lazımdır. Bəsit penaltilər, bəsit vərəqələr verilirsə, belə oyunlarda biz də detallara diqqət etməliyik. Komandam cəsarəti qoruyub saxlasa, daha yaxşı olacağına inanıram. Belə bir komandanın burada olması bizim üçün avantajdır".
– Həm Juilo Romao, həm də Elvin Cəfərquliyev neçənci dəfədir ki, qırmızı vərəqə alır, onlarla söhbətiniz olacaq?
– Onlarla söhbət mütləq olacaq. Futbol mübarizə oyunudur. İlk mən futbolçunu qınayıram. Amma belə epizodlarda qırmızı verirlərsə, onda biz futbol oynamayaq. Bəzən ayaq sürüşür, bəzən özünü saxlaya bilmir. Həm Elvinin, həm Romaonun epizodunda  hakimin verdiyi qərarlar biraz maraqlı gəldi mənə. Yəqin biz hakimlərin qayda-qanununu dərindən bilmirik. Bir komanda azlıqda qalırsa, buna görə ikinci sarı alırsa, demək ki, bunun arxasında nəsə durur. Mən hakimlərə nəsə demək istəmərəm, onların üzərinə getməmişəm. Bu hakimlər ölkəyə, bu azarkeşə hörmət edərək gəlməlidirlər. Mənə təsir edən odur ki, azlıqda qalan komandaya vərəqələr verirdilər. Amma inanmıram ki, bunu böyük komandaya qarşı edə bilərdilər.
– Heyət onsuz da kasad idi. Qırmızı vərəqə alan futbolçular qarşıdakı oyunu buraxacaq və bizi səfərdə Norveçin "Budo-Qlimt" klubu ilə ağır oyun gözləyir. Nə düşünürsüz?
– Biz yaxşı hazırlaşırıq. Əlimizdə nə qədər futbolçu qalacaqsa, onlarla çəkinmədən oynayacağıq.
– Bəhlul Mustafazadəni son anda meydana buraxdınız. Sizcə, Bədavi Hüseynovun yerinə o, olsaydı, daha yaxşı olardı?
– Bu gün belə qərar verdik ki, Bədavi Hüseynov və Kevin Medina daha hazırlıqlı idi. Bəhlulun da səhvləri olub müdafiədə. Amma o bizim hər halda əsas oyunçumuzdur. Meydanda olsaydı, biz qalib gələrdik kimi fikirlər məndə yoxdur. Bu gün mənim baxış bucağıma görə Bədavi və Kevin oynamağa layiq idilər.
– "Qarabağ" sanki, son zamanlar məğlubiyyətlə razılaşır. Bunun səbəbi nədir?
– Biz bu gün də məğlubiyyətlə barışmırıq. 10 nəfər qalsaq da, rəqibdən çəkinmədik, geri çəkilmədik. Nə oyunun əvvəli, nə də oyunun sonunda… İstənilən komanda illər boyu uğurlu ola bilməz. Hardasa eniş olur. Məğlubiyyət olsa da, oyunumuz da yaxşı idi. Bütün matçlarda belə idi. Hər zaman da belə olacaq. "Bayer" keçən il bütün oyunları qazansa da, bu il o qədər də uğurları yoxdur.
– Sizin istefanızla bağlı paylaşımlar olur. Bu barədə nə deyə bilərsiz? Məşhurlar da sizin getməli olduğunuzu deyirlər…
– Bilmirəm ki, onlara nə deyim, sözüm yoxdur. Mən istənilən sahədə uğurlu olan azərbaycanlını dəstəkləyirəm. Sosial şəbəkələrdən də buna görə uzağam ki, nəsə yanlış olar.

İdman       Tarix: 25 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

"Qalatasaray" "Ştutqart"a qarşı - Start heyətlər

Bu gün UEFA Çempionlar Liqasında IV tura start verilir. KONKRET.azxəbər verir ki, Türkiyənin "Qalatasaray" klubu evdə "Ştutqart"la üz-üzə gələcək. UEFA Çempionlar Liqası. Liqa mərhələsi, IV tur 3 noyabr

"Qalatasaray"ın vitse-prezidenti istefa verdi

"Qalatasaray" klubunun vitse-prezidenti Metin Öztürk vəzifəsindən istefa verib. -a istinadla xəbər verir ki, klub rəsmisi bu barədə X sosial şəbəkəsindəki hesabında paylaşım edib. Öztürk oktyabrın 27-də keçirilə

"Real" Mbappeyə görə Çin xalqından üzr istədi

İspaniyanın "Real Madrid" futbol klubu fransalı hücumçusu Kilian Mbappenin söylədiyi fikirlərlə bağlı baş verən hadisəyə görə Çin xalqından üzr istəyib. xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məluma

Timoteuş Puxaç "Sabah"dan gedir?

"Sabah"ın futbolçusu Timoteuş Puxaç gələcəkdə Polşanın "Lex" klubuna qayıtmaq istədiyini açıqlayıb. -a istinadla xəbər verir ki, 27 yaşlı müdafiəçi bu barədə "Meczyki" nəşrinə müsahibəsində danışıb

 "Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı 

"Neftçi" Misli Premyer Liqasının X turunda "Şamaxı"ya qalib gəlib. xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda qonaqlar 3:2 hesablı qələbəyə seviniblər. "Ağ-qaralar"ın heyətind

Azərbaycan millisi Mozambikə qalib gəldi

Azərbaycanın U-15 futbol millisi Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb. xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda mundialda 8-ci oyununa çıxıb. C səviyyəsində 81-88-ci yerlər uğrund

Konfrans Liqası: III turunun oyunları keçiriləcək

Bu gün UEFA Konfrans Liqasının Liqa mərhələsinin II turunun oyunları keçiriləcək. KONKRET.azxəbər verir ki, turun diqqətçəkən qarşılaşmalarından birində İtaliyanın "Atalanta" klubu Qazaxıstanın "Kayrat"

Batrakovun transfer qiyməti açıqlandı

"Qalatasaray"ın heyətinə qatdığı rusiyalı futbolçu Aleksey Batrakovun mümkün transferi ilə bağlı diqqətçəkən məqam ortaya çıxıb. -a istinadla xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin meneceri Vladimir Kuzmiçe

ÇL: Bu gün 9 oyun var

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turuna start verilir. KONKRET.azxəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma keçiriləcək. UEFA Çempionlar Liqası. Liqa mərhələsi. IV tur. 3 noyabr. Saat 21:45. "Şaxtyo


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta hava son xeberler bugun bugünki xəbərlər