Qusardakı "dərman" biabırçılığı ilə bağlı İLK AÇIQLAMA: "Genefonda təhlükədir, ona görə də..."
Qusar Rayon Mərkəzi Xəstəxanasında xəstələrə vaxtı keçmiş dərmanların verilməsi ilə bağlı faktların mediada yayılması cəmiyyətdə birmənalı qarşılanmayıb və narahatlığa səbəb olub. Vatsap yazışmalarından da aydın olur ki, apteklərdə satılmayan və vaxtı keçən dərmanların xəstə insanlara paylanması üçün müvafiq göstərişlər verilib. Bəs görəsən, bu addımın atılmasının səbəbləri nədir və cəmiyyətə hansı yan təsirləri ola bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, dərmanların istehsalından tutmuş, nəqli, utilizasiyası, saxlanması, satışı və digər məsələlərlə bağlı Azərbaycan Respublikasının qanunu mövcuddur:
"Bu qanunlarda hər şey dəqiq təsbit edilib. Dərmanların vaxtı keçəndə onlar istifadə oluna bilməz. Hətta istifadə müddətinə bir ay qalmış dərmanlar çeşidlənir və onların təcili istifadəsi üçün müəyyən şərait yaradılır, şərtlər nəzərə alınır, qimətləri aşağı salınır. Amma vaxtı keçən dərmanlar qəti şəkildə istifadə oluna bilməz. Bu cür dərmanların istifadə olunması hüquqi məsuliyyət yaradır, Bu, Azərbaycan Respublikası qanunlarının kobud şəkildə pozulması deməkdir. Hesab edirəm ki, bu halda həmin addımı atan şəxslərlə bağlı hüquqi məsuliyyətdən söhbət gedəcək".
Professor əlavə edib ki, ayrı-ayrı kommersiya şirkətlərinin və xəstəxanaların özünün korporativ maraqları fonunda bu addım atılıb:
"Amma qətiyyən yolverilməzdir. Çünki bu, genefondun sağlamlığını təhlükə altına qoymaq deməkdir. Doğrudur, Avropa istehsalı olan dərmanların böyük əksəriyyəti, yəni tablet və ampula formasında olanlar göstərilən müddətdən bir qədər vaxt keçdikdə də aktivliyini itirmir. Ancaq istənilən halda dərmanların üzərindəki istifadə müddəti boş yerə yazılmır. Əgər bu, göstərilibsə, deməli dərmanların keyfiyyət parametrləri həmin müddətdən sonra artıq dəyişməyə başlayır. Bunu mütləq nəzərə almaq lazımdır".
Mövzu ilə bağlı saytımıza danışan həkim-terapevt Rasif Bağırov bildirib ki, əgər fakt təsdiqini taparsa, burada artıq səhlənkarlıqdan yox, cinayət məsuliyyətindən söhbət gedir:
"Bu cinayəti törədən və əlbir olan şəxslər müvafiq cəza almalıdır. Bunun başqa yolu yoxdur. Çünki vaxtı keçmiş dərmanların xəstələr üzərində istifadə olunması həmin şəxslərin bütün orqanlarına, ən çox da mədə-bağırsaq sisteminə, böyrəklərə, qaraciyər, ürək və beyinə mənfi təsir göstərir. Bu dərmanları xəstələr mütəmadi olaraq qəbul edəndə çox ağır xəstəliyə tutulub həyatlarını itirə bilirlər. Yaxud, ilkin başlanğıc variantda qəbul edildikdə orqanizmdə çox ciddi reaksiyalara səbəb ola və həyatı təhlükə yarada bilər. Ona görə də, cinayət işi başlanmalı və bu cür halların qarşısı alınmalıdır".
Müşviq Tofiqoğlu
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü