Quterreş nüvə silahı olan ölkələrə MÜRACİƏT ETDİ
Birləşmiş Millətlər Təşkilatı (BMT) nüvə silahına malik ölkələri öz atom arsenallarından ilk istifadə etməmək öhdəliyinə əməl etməyə çağırıb.
KONKRET.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Tokioda keçirilən mətbuat konfransında deyib.
"Heç kim nüvə müharibəsi fikrini qəbul edə bilməz. Bu planet üçün fəlakət olar. Əgər heç kim nüvə silahından ilk istifadə etməsə, nüvə müharibəsi olmayacaq", – BMT-nin baş katibi bildirib.
Quterreş avqustun 4-də Rusiyanın Ukraynanın Zaporojye şəhərinin bombalanmasına münasibət bildirib:
"Atom elektrik stansiyasına istənilən hücum intihardır".
Hər il silahlanma yarışına milyardlarla dollar xərcləndiyini qeyd edən Quterreş bu pulların iqlim dəyişikliyi, yoxsulluq və beynəlxalq ictimaiyyətin ehtiyaclarını qarşılamaq üçün istifadə edilməsi lazım olduğuna diqqət çəkib.
"Geosiyasi gərginliyin artdığı və nüvə təhlükəsinin yenidən yüksəldiyi bir vaxtda Yaponiyanın sülhlə bağlı güclü və ardıcıl mövqeyi hər zamankindən daha vacibdir", – Quterreş əlavə edib.
Qeyd edək ki, BMT-nin Baş katibi 6 avqust 1945-ci ildə atom bombası qurbanlarının xatirəsini yad etmək üçün Yaponiyanın Xirosimaya səfər edib.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?