Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdırRabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır
Bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır.
Oxu.Az xatırladır ki, rabitə informasiya texnologiyaları sahəsinin işçiləri üçün böyük önəm kəsb edən bu peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq qeyd olunur.
Ölkəmizdə rabitənin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər bu sahəyə də xüsusi diqqət və qayğı göstərirdi, rabitə və informasiya-kommunikasiya texnologiyaları kompleksinin müasir tələblər səviyyəsinə çatdırılması üçün genişmiqyaslı islahatlar həyata keçirirdi.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəqəmsal iqtisadiyyatın qurulmasına yönələn siyasəti Azərbaycanı bu sahədə rolunun genişləndiyi, modern telekommunikasiya infrastrukturunun qurulduğu bir ölkəyə çevirib. Bunun nəticəsidir ki, Azərbaycanda İnformasiya və rabitə sektorunda çalışan işçilərin sayı 32 min nəfəri ötüb.
Son 20 ildə informasiya və rabitə sahəsində 10 dəfədən çox artıma nail olunub, bütün sahələrdə müasir texnologiyaların tətbiqi sürətləndirilib.
Bu il avqustun 28-də Prezidentin Sərəncamı ilə "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası" təsdiq edilib.
Bu strategiya dövlətin, cəmiyyətin və insanların müasir İKT-dən təhlükəsiz istifadəsinin təmin edilməsi üçün milli informasiya təhlükəsizliyi səviyyəsinin yüksəldilməsinə, dövlət və özəl sektorda fəaliyyət göstərən informasiya infrastrukturunun, o cümlədən kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunmasına aid tədbirlərin müəyyənləşdirilməsinin və həyata keçirilməsinin təşkilinə, həmçinin fərdi məlumatların mühafizəsinə, eləcə də Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş insan hüquq və azadlıqlarına riayət edilməsinə daha əlverişli şəraitin yaradılmasına xidmət edir. Strategiyanın qəbul olunmasını şərtləndirən amillərə həm də son zamanlar Azərbaycanın informasiya məkanına, o cümlədən onun tərkib hissələrinə qarşı texnoloji cəhətdən çoxşaxəli hücumların genişlənməsi da daxildir.
Ümumilikdə, son illər ərzində kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı istiqamətində aparılmış əməli fəaliyyət ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin ciddi şəkildə yaxşılaşdırılması ilə nəticələnib. Belə ki, Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının tərtib etdiyi "Qlobal kibertəhlükəsizlik indeksi 2020" ("Global Cybersecurity Index", GCI) reytinqində mövqeyini 15 pillə yaxşılaşdıraraq, 194 ölkə arasında 89,31 xalla 40-cı yerdə qərarlaşıb. Bu əməli fəaliyyətin strategiya ilə möhkəmləndirilməsinin qlobal kibertəhlükəsizlik reytinqlərində ölkəmizin mövqeyini daha da gücləndirəcəyi danılmazdır.

Maraqlı       Tarix: 06 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal maraqlı xəbərlər sonxeberler en yeni xeberler