Ramazanın ilk gününün duası, imsak və iftar vaxtı - FOTO
Ramazanın ilk gününün duası, imsak və iftar vaxtı - FOTO
Sabah Ramazan ayının ilk günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 14-nə imsak vaxtı saat 04:30-da, iftar vaxtı isə 19:32-dir.
Birinci günün imsak vaxtı üçün duasını təqdim edirik:
"Allahumməcəl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin vəfu ənni ya afiyən ənil-mucrimin!".
Tərcüməsi: "Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla, ey aləmdəkilərin məbudu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!".
İftar duası:
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".
Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!".
Allah orucunuzu qəbul etsin!



Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR