Ramiz Mehdiyev, Əli Kərimli və Abbas Abbasov "triuqolnik"i haqda bilinməyən gerçəklər
Milyonçular və siyasi yoxsullar ittifaqı – 2013 və 2025…
2013-cü il prezident seçkiləri ərəfəsində Kremlin Azərbaycanda hakimiyyət dəyişikliyi planları daha geniş miqyaslı idi. Moskva Azərbaycanın şəhər və rayonlarında dayaq nöqtələri yaratmaq üçün Rusiyada yaşayan imkanlı azərbaycanlılardan, xüsusilə Milyarderlər İttifaqının üzvlərindən istifadə etməyi planlaşdırırdı. Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti də bu istiqamətə yönləndirilmişdi. Məqsəd seçkilərdən əvvəl həm sosial baza, həm də maliyyə-ideoloji dayaqlar yaratmaq idi.
2013-cü ildə azərbaycanlı oliqarxların şərti adı "Milyarderlər İttifaqı" (Rusiya Azərbaycan Təşkilatları İttifaqı) olan qurumda birləşməsi, onlara "liderliyi" baş nazirin keçmiş müavini Abbas Abbasovun etməsi çoxlarının yadındadır. Bu təşkilat Moskvanın layihəsi və prezident seçkiləri ərəfəsində Azərbaycan hakimiyyətinə qarşı təzyiq kimi qiymətləndirilirdi.
İllərdir Rusiyada yaşayan azərbaycanlı milyarderlərə ən müxtəlif kanallarla yaxın olan, Azərbaycanda isə yalnız kinorejissor kimi tanınan Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə Milli Şura təsis edilməsi və "müxalifətin çiyinlərində" prezidentliyə namizədliyinin elan olunması məhz "Milyarderlər İttifaqı"nın qərarı idi. Qurumun əsas "boss"u kimi baş nazirin sabiq birinci müavini Abbas Abbasov təqdim edilirdi.
Azərbaycanın tarixi keçmişini assosiasiya edən Milli Şura adlı birlik yaratmaq ideyası 2013-cü ildə Bakıdan verilmiş, Rusiyanın qərarverən dairələrindən bəyəni aldıqdan sonra formalaşmağa başlamışdı. / konkret.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib