"Ramiz Mehdiyev və Əli Kərimlinin birgə işləri heç kəsə sirr deyil" - Deputat
"Ramiz Mehdiyev və Əli Kərimlinin birgə apardığı işlər heç kəsə sirr deyil".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisinin deputatı Cavanşir Paşazadə deyib.
O bildirib ki, dövlət başçısı İlham Əliyevin apardığı siyasət çox güclüdür:
"Ramiz Mehdiyevin vaxtilə istefaya göndərilməsi də təsadüfi deyil. Dövlətimizin apardığı siyasət həmin dönəmdən indiyə qədər davam edir. Müşahidələr aparılıb, yoxlamalar gedib və faktlar olduqdan sonra tədbirlər görülüb. Ramiz Mehdiyev və Əli Kərimlinin əlaqələri çox əvvəllərə dayanır. Bundan 6-7 il əvvəl Moskvada təşkil olunan bəzi tədbirlər, insanların apardığı siyasət və təxribatların qaynaqları Azərbaycanda olub. Bunun başında isə Ramiz Mehdiyev dayanıb".
Deputat deyib ki, eyni siyasəti bu gün aparanlar isə dövlətimiz tərəfindən nəzarət altındadır:
"Eyni siyasəti bu gün aparanlar isə dövlətimiz tərəfindən nəzarət altındadır. Dövlətimiz bütün hadisələri aşkara çıxaracaq. Bütün günah sahibləri layiqli cavablarını almalıdır. Həmin şəxslərin çox güman davamçıları da var. İstintaq prosesi zamanı müəyyən faktlar ortaya çıxacaq. Bir gün gec, bur gün tez onların arxasında olanlar da eyni vəziyyətə düşəcək".
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli həbs edilib. Əli Kərimli barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçilib.
Şahanə Ziyad

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib