Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Bank BTB" ASC-nin müraciəti əsasında onun lisenziyası ləğv edilib, bankın bazasında yaradılmış "T-Kredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.
azxeber.com xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bununla da, ölkədə BOKT-ların sayı 53-ə çatıb.
Xatırladaq ki, AMB-nin 5 mart 2026-cı il tarixli qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, "Bank BTB"nin müraciəti əsasında onun BOKT-a çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib. Yenidən təşkil prosesi çərçivəsində, "Bank BTB"-nin öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilib, bankın kreditorlarının məlumatlandırılması təmin olunub. Bu çərçivədə, "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) ilə "Bank BTB" arasında "Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə" imzalanıb. Həmin müqaviləyə uyğun olaraq "Bank BTB"nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi uğurla tamamlanıb.
"Bank BTB"nin müştərilərinin müddətli və tələbli depozitləri şərtləri dəyişdirilmədən ABB-yə tam və fasiləsiz şəkildə ötürülüb, bütün müştərilərin öz vəsaitlərinə sərbəst çıxışı və onlardan istifadə imkanı yaradılıb. Eyni zamanda, kredit portfelinin ötürülməsi prosesi də uğurla tamamlanıb. "Bank BTB"yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları müqavilə şərtləri qüvvədə saxlanılmaqla ABB-yə ötürülüb, kreditlərə xidmət olunmasının fasiləsizliyi təmin olunub.
Bununla da, "Bank BTB"nin "T-Kredit" BOKT-a çevrilməsi prosesi uğurla tamamlanıb. Yeni kredit təşkilatı faliyyətini Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, 9 ünvanında həyata keçirəcək.
Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə təsis edilib. Bankın nizamnamə kapitalı 71,45 milyon manat təşkil edir. "Bank BTB" ASC-nin səhmlərinin 74.98%-i (49 829 ədəd) Ramiz Mehdiyevin gəlini Nigar İsmayıl qızı Mehdiyevaya məxsus olub.

"Qalatasaray"ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
"Sabah" rekordla başladı: 4 oyuna 11 cavabsız qol
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
Ermənistana 8 ayda ixrac etdiyimiz məhsulların ümumi dəyəri
Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
Azərbaycanın nefti 127 dollara yüksəldi
Ronaldo çıxış etdiyi klubu ala bilər
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq
İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar
Paytaxtın iki rayonunda su olmayacaq
Tanınmış iş adamı VƏFAT ETDİ
Damda təmir işləri aparan 74 yaşlı kişi yıxılıb öldü
Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib