Ramiz Mehdiyevin qızı atasının durumundan danışdı
Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Ötən axşamdan bəri müxtəlif şəxslər məsələ ilə bağlı açıqlama və şərhlər verirlər. Lakin Ramiz Mehdiyev, ailə üzvləri və yaxınları qərara münasibət bildirmirlər, akademikin ittihamları qəbul edib-etmədiyi də məlum deyil.
azxeber.com xəbər verir ki, "Yeni Sabah" məsələ ilə bağlı R.Mehdiyevin qızı, Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva ilə əlaqə saxlayıb.
Saytın ona ünvanladığı suallar atasının hazırkı vəziyyəti, harada olması və ittihamları qəbul edib-etməməsi barədə olub.
K.Əliyeva sualları dinlədikdən sonra deyib:
"Əvvəlcə deyin görüm, mənim nömrəmi sizə kim verib? Siz nə haqla məni narahat edirsiniz?
Mən bu haqda heç nə danışmaq istəmirəm və bir kəlmə də deməyəcəyəm".
Akademikin qızı bunları dedikdən sonra söhbəti yekunlaşdırıb və telefonu bağlayıb.
Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar