Ramiz Məlik: "Məni narahat etməyə ehtiyac yoxdur"
Ramiz Məlik: "Məni narahat etməyə ehtiyac yoxdur"
Xalq artisti Ramiz Məlikin səhhəti yaxşılaşır.
Bu barədə Oxu.Az-a tanınmış aktyorun özü məlumat verib.
"Səhhətim yavaş-yavaş yaxşılaşır. Hazırda yaxşıyam. Hər şey qaydasındadır. Müalicələrimi də davam etdirirəm. Məni narahat etməyə ehtiyac yoxdur".
Qeyd edək ki, bu günlərdə Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Aslan Şirin onkoloji xəstəlikdən əziyyət çəkən Xalq artisti Ramiz Məliklə fotosunu paylaşmışdı. R.Məlikin xeyli çəki itirməsi diqqətləri cəlb edib.
Xatırladaq ki, 79 yaşlı Xalq artisti uzun illər Akademik Milli Dram Teatrında fəaliyyət göstərib.
Ramiz Məlik 1984-cü ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 1982-ci ildə "Azərbaycan SSR Əməkdar artisti", 1998-ci ildə isə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adları ilə təltif olunub. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına, 2010-cu ildə isə Cəfər Cabbarlı mükafatına layiq görülüb.
Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub. Prezident təqaüdçüsüdür. 2023-cü ildə Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.
Nəzrin Vahid

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR