Rayonlara üz tutanların nəzərinə: "Qiyməti süni artırırlar" - VİDEO
Rayonlara üz tutanların nəzərinə: "Qiyməti süni artırırlar" - VİDEO
Bayram günləri ərəfəsində, istər bayram qabağı, istər bayram sonrası avtovağzallarda canlanma müşahidə olunur. Bu da özü ilə bir sıra narahatlıqlar gətirir.
Mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
Sərnişinlər bildirir ki, qiymətlər əvvəlkindən bahadır:
"Bayramdan istifadə edib qiyməti süni artırırlar, məcbur qalıb taksi ilə gəlirik. O da baha başa gəlir, 20-30 manat arası".
Sərnişinlərin əksinə, avtobus sürücüləri heç bir qiymət artımının olmadığını deyirlər:
"Artım söhbəti yoxdur. Səlahiyyətli şəxslər avtobusun içərisinə daxil olub baxırlar, tək-tək bileti yoxlayırlar".
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova isə qeyd edib ki, qiymət artımı ilə bağlı hər hansı halın yaşanması mümkün deyil:
"Sərnişinlərin hər hansı bir problemi yaranarsa, neqativ halla qarşılaşarlarsa, mütləq 406-01-58 və 406-01-59 nömrələri ilə əlaqə saxlayaraq məlumat versinlər. Sərnişinlər biletləri mütləq kassalardan alsınlar".
/oxu.az
f Paylaş
Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb