Rayonlarda daha ucuz istirahət üçün hansı işlər görülməlidir?

Rayonlarda daha ucuz istirahət üçün hansı işlər görülməlidir?Rayonlarda daha ucuz istirahət üçün hansı işlər görülməlidir?
Ölkəmizdə pandemiyadan sonra turizmin canlanması prosesi gedir.
Bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Trend-ə bildirib.
Onun sözlərinə görə, turizmin canlanmasına əsas səbəb pandemiyaya görə qoyulan qaydaların yumşaldılmasıdır. Hava reyslərinin bir çox ölkələrlə yenidən bərpası gəlmə turizminin də dirçəlməsinə təkan verib.
"Regionlarda fəaliyyət göstərən hotellərin qiyməti ötən ilə nisbətdə çox da dəyişməyib. Buna baxmayaraq, vətəndaşlarımızın bəziləri hotellərdə bahalıqdan gileylənirlər. Bəzi vətəndaşlar hesab edirlər ki, xaricdə istirahət etmək ölkədə istirahət etməkdən ucuz başa gəlir. Təəssüf ki, belə hallara rast gəlirik. Ancaq nəzərə almaq lazımdır ki, vətəndaşlarımız bölgələrdə istirahətə yollanarkən daha çox beşulduzlu hotellərə üstünlük verirlər. Belə hotellərin də hər şəraiti olmaqla yanaşı, öz satış siyasətləri var. Ölkəmizdə hotellərə alternativ yerləşmə vasitələri tikilməlidir. Bura qonaq evləri, kempinqlərin yaradılması, kiçik hotellərin tikilməsi kimi işlər daxildir. Bunların sayı artsa, qiymət seçimi geniş olacaq. Hava reyslərinin bir çox ölkələrlə yenidən bərpası gəlmə turizminin də dirçəlməsinə səbəb olub", - S.Dübəndi qeyd edib.
S.Dübəndi deyib ki, ölkəmizdə yay turizmi gec başlanır.
"Yay turizminin tez başlanması üçün nəqliyyat məsələləri tənzimlənməli, xarici turistlərə vizaların verilməsi və yerləmə vasitələri ilə bağlı işlər tənzimlənməlidir. Əsas səbəblərdən biri də abituriyentlərdir. Belə ki, abituriyentlərin çoxunun ailəsi ali məktəblərə imtahan verən övladlarının nəticələrini gözləyir. Beləliklə yay istirahətinə tez başlamaq olmur", - deyə o bildirib. /oxu.az

Turizm       Tarix: 23 iyun 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-d

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler son xeberler bugun 2026 muharibe xeber.az son xeberler son xeberler azerbaycan