ReAL-ın yeni sədri nə vaxt məlum olacaq? - Partiyadan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ReAL Partiyasının sədri İlqar Məmmədov tutduğu vəzifədən istefa verib. Onun ərizəsi partiyanın Siyasi Komitəsi (SK) tərəfindən qəbul olunub. ReAL-ın açıqlamasında vurğulanıb ki, yeni sədr fəaliyyətinə oktybarın 1-də başlayacaq. Məlumat üçün qeyd edək ki, sözügedən partiyada sədr Siyasi Komitə tərəfindən seçilir və yalnız SK-ya üzv olanlar ReAL-ın birinci şəxsi olmaq hüququna malikdir.
Qeyd edək ki, Siyasi Komitənin İlqar Məmmədovdan başqa 7 üzvü var. Onlar aşağıdakılardır:
Erkin Qədirli, Natiq Cəfərli, Rəsul Cəfərov, Mahmud Mahmudov, Elçin Əliyev, Zöhrab Əliyev, Toğrul İskəndərli.
Maraqlıdır, yeni sədr nə vaxt seçiləcək?
KONKRET.az bu sualla partiyanın icra katibi Natiq Cəfərliyə müraciət edib:
"Məlum olduğu kimi, partiyanın idarəedici orqanı Siyasi Komitədir (SK). Hazırda işimizdə axsaqlıq yoxdur. Partiyadaxili müzakirələrimiz gedir. Ola bilər ki, bu və ya ən geci növbəti həftənin əvvəlində yeni sədrin aydına aydınlıq gələcək. Ümumilikdə SK-də 8 nəfər var və onların hər biri İlqar Məmmədovu əvəz etməyə layiqdirlər. Potensialları yüksəkdir. Təbii ki, sədrliyə namizədlər sırasında mən də varam. Belə bir məsuliyyətli iş mənə tapşırılacaqsa, onu məmnuniyyətlə yerinə yetirməyə hazıram".
Məlik Məlikov,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb