"Real Madrid"in transfer planı alınmadı: Rodri "Barselona"ya üz tutdu
"Mançester Siti"nin təcrübəli mərkəz yarımmüdafiəçisi Rodrinin "Real Madrid"ə transferi məhz klub daxilindəki maliyyə tərəddüdləri səbəbindən pozulub.
KONKRET.azxəbər verir ki, futbolçu son ana qədər "Real"a keçməyə hazır idi.
Rodri ilk olaraq "Real Madrid"ə keçməyə tam hazır olsa da, baş skaut Xuni Kalafat prezident Florentino Peresi "Mançester Siti" ilə transfer məbləğini aşağı salmaq üçün danışıq aparmağa inandırıb.
Madrid klubunun qiyməti endirmək cəhdini "Mançester Siti" qətiyyətlə rədd edib və futbolçunu açıq transfer bazarına çıxarıb.
Florentino Peresin "ya qiyməti endirəcəklər, ya da bu transfer olmayacaq" mövqeyi və prosesin uzanması Rodrinin səbrini tükədib.
Frenki de Yonqun zədəsi və əməliyyat ehtimalı fonunda orta sahəyə təcili güclənmə axtaran "Barselona" imkanı dəyərləndirərək futbolçuya rəsmi təklif təqdim edib.
Rodri Hansi Flikin idman layihəsinə və oyun üslubuna üstünlük verərək "Barselona"ya keçməyə yaşıl işıq yandırıb. (Offsideplus.az)

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı