Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik etdi
"Torpaqlarını işğaldan azad edərək, regionun parlayan ulduzuna çevrilən Azərbaycan bu gün bütün türk dünyasının ilham mənbəyidir. Türkiyə ilə Azərbaycan arasında müstəsna əlaqələrə əsaslanan və Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə yüksələn əməkdaşlığımız və həmrəyliyimiz gələcəkdə də getdikcə artacağına tam inanıram".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.
Onun mesajını Bakıda keçirilən tədbirdə Türkiyənin Ədalət və İnkişaf Pariyasının sədr müavini Numan Kurtulmuş oxuyub.
Türkiyə lideri Azərbaycanın ümummilli Lideri mərhum Heydər Əliyevin əsasını qoyduğu YAP-ın ilk gündən böyük xidmətlər göstərdiyini, Azərbaycanın aparıcı siyasi partiyasına çevrildiyini, bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə hər sahədə böyük uğurlara imza atdığını vurğulayıb.
"YAP-ın gələcəkdə də Azərbaycanın çiçəklənməsi, dünyada öz mövqeyinin möhkəmlənməsi naminə fəaliyyətini uğurla davam etdirəcəyinə əminəm", - deyə o, sözlərini yekunlaşdırıb. / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü