Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edibAvqustun 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş vermiş meşə yanğınlarının qarşısının alınması üçün Azərbaycanın lazımi dəstəyi göstərməyə hazır olmasının yüksək qiymətləndirildiyini deyərək, yanğınların söndürülməsində məhz "BE-200ÇS" amfibiya tipli təyyarəyə ehtiyacın yarandığını vurğulayıb və bu təyyarənin Azərbaycandan Türkiyəyə göndərilməsi ilə bağlı qərara görə minnətdarlığını bildirib. Türkiyə Prezidenti bunu ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin növbəti təzahürü kimi dəyərləndirib.
"BE-200ÇS" amfibiya tipli təyyarənin qısa zamanda Türkiyəyə göndəriləcəyini deyən dövlətimizin başçısı vurğulayıb ki, yanğınların qarşısının alınması ilə bağlı Azərbaycan qardaş ölkəyə istənilən əlavə dəstəyi göstərməyə hazırdır.
Dövlət başçıları Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduqlarını, bir-birini daim dəstəklədiklərini qeyd ediblər.
Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Siyasi     Baxılıb: 157   Tarix: 18 avqust 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan Rusiya səfirinə nota təqdim etdi

6 fevral 2026-cı il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. XİN-dən -a verilən xəbərə görə, Rusiya səfiri ilə görü

Pezeşkian: İran-ABŞ danışıqları irəliyə doğru addım idi

İran-ABŞ danışıqları regionun dost hökumətlərinin dəstəyi ilə keçirilib və irəliyə doğru bir addım olub. xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian özünün "X"dəki hesabında yazıb. "Bizim strategiyamı

Zelenski və Putin görüşəcək, müharibə bitəcək, Donbass isə... - Sibiqadan ŞOK ETİRAF

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, sülh sazişinin ən mürəkkəb bəndlərinin razılaşdırılması üçün Ukrayna və Rusiya liderlərinin şəxsi görüşü zəruridir. KONKRET.azxəbər verir ki, o, bu barədə Reuter

Sülh Şurasının ilk iclasının vaxtı bəlli oldu

Ağ Ev fevralın 19-da Vaşinqtonda Qəzza zolağında nizamlanma üzrə Sülh Şurası iştirakçılarının görüşünü keçirmək niyyətindədir. AZXEBER. COMxəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb. "Bu, Sül

Prezidentlərin görüşü yeni strateji mərhələnin simvoludur

02 fevral 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfər edib. Azərbaycan Prezidentinin Əbu-Dabidə BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla ba

İrana nə təklif olunacaq? – Razılaşma planının detalları açıqlandı

Qətər, Türkiyə və Misirdən olan vasitəçilər İran və ABŞ arasında cümə günü keçirilməsi planlaşdırılan danışıqlar üçün çərçivə sənədi hazırlayıb. xəbər verir ki, bu barədə Əl-Cəzirə məlumat yayıb. Təklif olunan plana əsasən

Emoməli Rəhmon İlham Əliyevi təbrik etdi

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. KONKRET.azxəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Sizi nüfuzlu "Zayed İnsan Qardaşlığ

ABŞ-nin vitse-prezidenti Ermənistana yola düşdü

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Ermənistana rəsmi səfərə yola düşüb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qeyd edək ki, səfər proqramı çərçivəsində vitse-prezidentin Ermənistanın Baş nazir

Vaşinqtondan gizli plan: Tramp Azərbaycana nə təklif edir?

Donald Tramp yenidən Azərbaycanı dəvət etdi: Əsas mövzu Yaxın Şərqdir. ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə yaradılan Sülh Şurasının ilk sammiti Vaşinqtonun Yaxın Şərqdə yeni təsir mexanizmini formalaşdırmaq cəhd


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun 2026 muharibe kriminal bugun cəbhədən son xəbərlər 2026 sonxəbərlər