"Rədd olsun münsiflər, rədd olsun mükafatlar

"Rədd olsun münsiflər, rədd olsun mükafatlar"Rədd olsun münsiflər, rədd olsun mükafatlar"
Aqşin Yenisey yazır... 
Otuz il əvvələ qədər "sənət xalq üçündür" dövlət təbliğatının (keçmiş SSRİ-də) tərbiyəsində böyüyən azərbaycanlı oxucuda sadəliklə başlayıb bəsitliklə başa çatan bir qiymətləndirmə şkalası var. Məcburi senzura peyvəndləri onda belə bir əminlik formalaşdırıb ki, yaradıcılıq mümkün olduğu qədər sadə (astarsız, gizlinsiz) və şəffaf olmalıdır. Bu üzündən baxanda o biri üzü görünməlidir, yəni içində bir şey olmamalıdır. Sənət "boş şey" olmalıdır! Bu, bir KQB nəzəriyyəsidir!
Bu nəzəriyyənin tərbiyəsində böyüyən nəsil əlinə aldığı kitabda, dinləmək istədiyi müsiqidə, təsadüfən rastına çıxan tabloda bəsitlik, beynini məşğul etməyəcək intellektual horra halına salınmış rahat-hulqumluq axtarır.  
Ətrafımız "düşündürən sənət"in düşmənləri ilə doludur. Biz tərəfin camaatı həyatını gözəlləşdirə biləcək heç bir ümumi prosesdə iştirak etmək istəmədiyi kimi (xeyir-şər məclislərini çıxmaq şərtilə) yaradıcı prosesdə də iştirak etmək istəmir. O, ümumi kontekstə aid olan hər şeyin hazırını istəyir. Şairi söyür ki, şeiri elə yaz, onu oxuyanda zövq almaq üçün poetik kəşfiyyata ehtiyac olmasın. Romanda bir az uzun, bir az dilin sərgüzəştləri ilə zəngin cümlə görəndə əsəbindən ədəbi tənqidçiyə çevrilir, özündə müəllifə ağıl öyrətmə haqqı tanıyır. Rəsm əsərlərinə zatən restoran, yaxud kafe divarlarında baxır, əgər xidmət sahibi Biləcəridən o tərəfə çıxmış adamdırsa.   
Onun bu cür "hazırın naziri" kimi tərbiyə olunmasında sovetizmin "sənət xalq üçündür" təbliğatından daha dərin olan başqa bir səbəb də var; İnancı!
Azərbaycan insanı tarixin bütün dövrlərində oxumadığı, oxuya bilmədiyi, qulaqdan-qulağa hazır qaydalar və qadağalar, hədislər şəklində eşitdiyi kitaba inandığı üçün o, digər kitablardan da özünə qarşı bu "jesti" gözləyir. O, bütün kitablara, bütün əsərlərə qıraqdan qulaq asmaq istəyir. 
Hüseyn Cavidin sürgündə ölümü Azərbaycanda şair və yazıçıları deyil, oxucuları da qorxudub, bizim oxucu yaradacılığın bir parçası olmaqdan qorxur. O, sənətə ancaq qulaq asmaq istəyir. Onu mədəniyətdən uzaqlaşdıran da bu qulaq asmaq mədəniyyətidir (Halbuki "qulaq asmaq" mədəniyyətin ilk şərtidir).
O, bütün sənət növlərindən muğamat kimi mistik ölüvaylıq gözləyir. O, meyxanaya da "qulaq asa bildiyi" üçün pul xərcləyir, çünki meyxana onun qulaq zövqünü oxşayır. Qulağı onun beynidir.
Molla "Quran" kimi mürəkkəb, ziddiyyətlərlə dolu bir kitabı Azərbaycan insanı üçün cinlərdən, inkir-minkirdən bəhs edən nağıllar halına salıb danışır. Müqəddəs kitabın bu qədər sadə, bəsit olduğunu görən azərbaycanlı hansısa yazıçının kitabında dil və məna qarşıdurmasını ifadə edən mürəkkəb bir mətn gördükdə özü də cinə dönür. Allahın kitabı o qədər sadə ikən bu kafir kimdir ki, belə əndirəbadi cümlə qurub? Sənətdə sadəlik, bəsitlik arzusunun psixo-analitik kökü bu xüsusa dayanır. Mən artıq Azərbaycan insanının dindarlığını başqa yerlərdə axtarmağa başlamışam. Din onun ən az dindar olduğu yerdir.
Əslində, bu yazınin "qabsındırdı"sında konseptual sənətin ədəbiyyatdakı təzahürlərindən yazmaq istəyirdim, amma bizdə konseptual sənətin barmaqla sayılacaq qədər az sayda sənətkarı və tamaşaçısı olduğu üçün haradan başlayacağımı bilmədim. Ona görə qərara gəldim ki, onu "simvolikasız simvolika", yaxud "modern simvolizm" kimi qıcıq yaradacaq adlar altında deyil, daha yayğın olan "fikirlər sənəti" adıyla təqdim edim. 
Keçmiş imperiyada, o cümlədən onun müstəmləkəsi olan Azərbaycanda sənət xalqın qabağında atılıb-düşəndə dünyada "konseptual sənət" deyə bir yaradıcı axınından danışılırdı. Əşyalar, predmetlər, konkret işarətlər üzərində məntiqi və fəlsəfi nəticələr əldə etməyə hesablanmış konseptual sənət keçən əsrin 60-cı illərində ortaya çıxıb, bizim Sürəyya xanım "qol çırmayıb şən tarlaya çıxanda". 
Konseptual sənətçilər sənəti zehni bir proses kimi izah edirdilər. Onların iddialarına görə, yaradıcılıqda hisslər deyil, zəka iştirak etməli idi. Həm müəllif, həm tamaşaçı, dinləyici yaradıcı prosesə yaşarmış gözləri ilə deyil, çatılmış qaşları ilə qatılmalıydı. Bundan ötrü sənətin müqəddəsləşdirdiyi ideya və nəsnələrə ehtiyac yox idi, ətrafımızda gördüyümüz hər bir əşya – siçan tələsinin yayı, ayaqqabı ipi, banan qabığı və s. – bizi düşünüdürəcək ideya mənbəyi ola bilərdi. Sənətçinin borcu adilikdə gizlənmiş estetik ideyanı üzə çıxarmaq idi.
İnsanlığın heç vaxt unutmayacağı 1917-ci ilin üstündə iki şəxsin imzası var; Vladimir İliç Leninin və Marsel Düşampın. Leninin tarixdəki yerindən (ya da yersizliyindən) oxucularımızın xəbəri var: İlk proletar inqilabının müəllifi idi rəhmətlik. 
Bəs Düşamp tarixə hansı əməli ilə düşüb? 1917-ci ildə bir qrup fransız rəssam "Azad sənətçilər" adlı bir təşkilat yaratdılar və "Rədd olsun münsiflər, rədd olsun mükafatlar" adlı bir sərgi təşkil etdilər. Bütün ailə üzvləri sənət adamı olan Düşamp da onların arasında idi. Düşamp nə etdi? Evlərinin yaxınlığında məişət əşyaları satılan dükandan bir unitaz aldı, üstünə öz imzasını çəkib sərgiyə yolladı. "Əsərinin" də adını "Bulaq" qoydu. 
Əllərinə keçən, gözlərinə görünən hər şeydə fikir, düşüncə axtaran sərgi sahibləri, əlbəttə, belə bir şey gözləmədiklərindən Düşampın unitazını sənət əsəri kimi qəbul etmədilər. Düşamp lap ağ eləmişdi!    
Amma o, sənət haqqında fərqli düşünürdü. Düşamp deyirdi ki, sənət beyinin bizim iradəmizə sifariş verdiyi məhsullardır. Beyin hansı tablonu görmək istəyirsə, rəssama onu çəkdirir, hansı romanı oxumaq istəyirsə, yazıçıya o romanı yazdırır, hansı melodiyaya qulaq asmaq istəyirsə, bəstəkara onu bəstələtdirir. Sənətçi öz beyninin qulluqçusudur. "Mən beynimə öz iradəmin əsərini təqdim edirəm, unitaz!" Görək o, bunu sənət əsəri kimi dəyərləndirə biləcəkmi? Düşamp və tərəfdarları iddia edirdilər ki, faydasızlığını elan etmiş hər bir şey sənət əsəridir. Azadlığın bu həddi yəni!
Düşamp sənətdə estetika və gözəllik anlayışını inkar edirdi: "Bulaq" (unitaz) əsərimi sərgiyə göndərməklə məqsədim gözəlliyi, yaxud eybəcərliyi ilə diqqətimi çəkməyən bir obyekt seçmək idi. Yəni sənət əsəri deyib baxdığmda bir-birimizə dəxlimizin olmadığı bir şeyi tapmaq!" 
Düşamp bununla demək istəyirdi ki, sənət universaldır, onun öz müəllifinə və tamaşaçısına heç bir dəxli yoxdur. Biz olmasaq belə, sənət özü-özünü yaradacaq və yaşadacaq. Düşamp "Sənəti sənətçinin özündən başqa heç kim qiymətlədirə bilməz" deyəndə artıq biz tərəfdə sovet hökuməti qurulmuşdu və Kommunist partiyası bir ucdan sənətçilərə fəxri ad paylayırdı. 
1917-ci ildə xalq və münsiflər Düşampın "unitazını" sərgidən götürüb başına vurdular. Düşamp öldü. Amma ölümündən otuz il sonra onun "unitazı" "XX əsrin ən təsirli əsəri" seçildi. 
Bunları yazmaqda məqsədim insanımızın yaradıcı təxəyyülünün üfüqlərini genişləndirməkdir. İstər həyatda, istər sənətdə bir yenilik görən kimi buynuz çıxarmaq lazım deyil. Onsuz da, tarix özünə lazım olmayan buynuzları bir-bir dibindən mişarlayır... /oxu.az

Sosial     Baxılıb: 510   Tarix: 21 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Vasif Talıbov uzun müddət sonra ortaya çıxdı - Bu fotonu paylaşdı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov uzun sürən səssizliyini Ümummilli Lider Heydər Əliyevin doğum günündə pozub. Muxtar respublikanı 27 il (1995-2022) mütləq hakimiyyətlə idarə edən və "Naxçıva

Həkimlər xəbərdarlıq edir - Səhər bu vərdiş təhlükəlidir

Mütəxəssislər səhər saatlarında edilən bəzi səhvlərin sağlamlığa zərər verdiyini açıqlayıb.  xəbər verir ki, acqarına şəkərli qidaların qəbulu orqanizm üçün risklidir. Bu hal qan şəkərinin kəskin artmasına səbəb olur. Nəticəd

Bakıda yeni 'trend' — Hətta varlılar da bu üsuldan istifadə edir

Müasir istehlak bazarında davranış modelləri sürətlə dəyişir. İnsanlar artıq yalnız yeni məhsullara üstünlük verməklə kifayətlənmirlər. Qənaət və səmərəlilik amilləri alış qərarlarında daha çox rol oynayır. Rəqəmsal imkanları

Bu şəxslərə qapı açmayın - Qohum olsa belə

Evin qapısı açıq ola bilər, amma ruhun sərhədləri hər kəs üçün deyil. Yaxın bir insanı gözləmək çox vaxt demək olar ki, fiziki səviyyədə hiss olunan sevinc gətirir. Qapı arxasında addım səsləri ürəyin döyüntüsünü sürətləndirir

Hazırlığa getmədən 300 bal topladı - Fotolar

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb və 8 nəfər maksimum nəticə göstərib. xəbər verir ki, həmin şagirdlərdən bəziləri sevincin

İmtahan stressindən necə yaxa qurtarmaq olar?

Imtahan stressi beynin və bədənin təzyiq altında reaksiya verməsi nəticəsində yaranır. Yüksək gözləntilər, vaxt çatışmazlığı və nəticələrə görə qorxu bədənin stress hormonlarını (xüsusilə kortizol) artırır. Bu, diqqətin dağılması

Məhsulların rayonlardan ucuz alınıb, Bakıda baha satılmasına səbəb nədir?

Rayonlarda kəndli və fermerlərin məhsullarını ucuz qiymətə satmasına baxmayaraq, paytaxt Bakıda eyni məhsulların daha yüksək qiymətə təklif olunması bazarda qiymət fərqinin yaranmasına səbəb olur. Bu fərq əsasən daşınma xərcləri

Bu sürücülərin 'prava'sı əlindən alınacaq

Azərbaycan Respublikasında yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati cərimələrin vaxtında ödənilməməsi sürücülər üçün əlavə hüquqi nəticələr yarada bilər. Xüsusilə, uzun müddət ödənilməyən inzibat

Azərbaycanda pensiya yaşı aşağı salına bilərmi? - MÜHÜM AÇIQLAMALAR

Azərbaycanda son dövrlərin ən çox müzakirə edilən və vətəndaşlar arasında ciddi narazılıq doğuran mövzularından biri də pensiya yaşıdır. Sosial şəbəkələrdə və ictimai platformalarda pensiya yaşının aşağı salınması ilə bağl


azerbaycan xeberleri yeni xeberler son xeberler qarabag dunya xeberleri ən son xəbərlər bugün son xeberler azerbaycan