"Region üçün əsas hədəf…" – Azərbaycan və Ermənistan rəsmilərindən diqqətçəkən açıqlamalar

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə ilk dəfə "Euronews" telekanalına müsahibə veriblər.
KONKRET.az "Operativ Məlumat Mərkəzi"nə istinadla xəbər verir ki, Azərbaycan və Ermənistan rəsmiləri Dohada "Euronews"a verdikləri ilk birgə eksklüziv müsahibədə sülh prosesinin necə başlandığını və iki ölkəni gözləyən birgə gələcək perspektivlərini açıqlayıblar.
Tərəflər onilliklər davam edən münaqişədən sonra Cənubi Qafqazın tamamilə yeni siyasi-iqtisadi mərhələyə qədəm qoyduğunu bildiriblər.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müsahibədə deyiblər ki, danışıqlar 2020-ci ildə – son hərbi toqquşmalardan dərhal sonra, Avropa İttifaqının dəstəyi ilə başlayıb və bu proses ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən tarixi sülh razılaşması ilə nəticələnib.

Hikmət Hacıyev bildirib ki, Brüsseldə keçirilən görüşlərdən sonra tərəflər "mövcud fikir ayrılıqlarını kənara qoyaraq" sülhə doğru irəliləmək barədə qərar veriblər.
İlk dəfə bir studiyada yanaşı oturan Armen Qriqoryan isə vurğulayıb ki, hər iki ölkənin rəhbərlikləri "regiona davamlı sülh və sabitlik gətirmək üçün institusional mexanizmlər hazırlamağa" çalışıblar.
"Region üçün əsas hədəf…" – Azərbaycan və Ermənistan rəsmilərindən diqqətçəkən açıqlamalar
Ermənistan rəsmisi bildirib ki, uzun illər davam edən münaqişə səbəbindən tərəflər arasında etimadın formalaşması çətin idi, lakin proses addım-addım irəliləyir:
"Bu, divara vurulan hər yeni etimad kərpici kimidir. Uğur böyükdür və biz bunu qeyd edirik".
Azərbaycan rəsmisi də sülh prosesini "qlobal münaqişələr fonunda uğur hekayəsi" adlandırıb və qeyd edib ki, artıq tərəflər "real sülh şəraitində regionun iqtisadi genişlənməsi" üzərində işləyirlər.
Armen Qriqoryan əlavə edib ki, regional iqtisadi layihələrin həyata keçirilməsi qarşılıqlı asılılığı artıracaq və həm sülhü, həm də rifahı möhkəmləndirəcək:
"Biz məhz bu istiqamətdə irəliləyirik və bunun ən real sübutu Hacıyevlə Dohada eyni studiyada oturmağımızdır".
Hər iki tərəf sülhün "geri dönməz" xarakter daşıdığını, bunun gələcək nəsillər üçün strateji hədəf olduğunu vurğulayıb. Razılaşmanın əsas elementlərindən biri "Vaşinqtonda əldə edilən böyük, tarixi razılaşma" kimi təqdim olunan "TRIPP – Trump Route for International Peace and Prosperity" layihəsidir.
Hikmət Hacıyev bildirib ki, bu layihə Avrasiyanın nəqliyyat xəritəsini tamamilə dəyişəcək. Qriqoryanın sözlərinə görə, Ermənistan və ABŞ hazırda layihənin texniki detallarını intensiv müzakirə edir.
Müsahibənin sonunda hər iki rəsmisi vurğulayıb ki, müharibə artıq keçmişdə qalıb və region üçün əsas hədəf – Ermənistan ilə Azərbaycanın birgə, sülh dolu gələcəyidir. Tərəflər bildiriblər ki, qarşılıqlı etimadın möhkəmləndirilməsi və iqtisadi əməkdaşlıq Cənubi Qafqazda yeni dövrün başlanğıcını qoyur.

Siyasi       Tarix: 09 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal xeberler krminal bu gun sonxeberler bugunun xeberleri