"Regionumuzda radiasiya ilə bağlı risklər getdikcə artır" - Qabaqlayıcı tədbirlər görülməlidir

Azərbaycanda radiasiyadan mühafizə, nüvə və digər kütləvi qırğın silahlarının mümkün tətbiqi ilə bağlı profilaktik və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində yeni addımlar atılır. Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb. 
"Sənaye Təhlükəsizliyi Zirvəsi 2025" tədbiri çərçivəsində imzalanan sənəd sənayedə təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində birgə əməkdaşlığı nəzərdə tutur.
AMEA-nın Radiasiya Problemləri İnstitutunun (RPİ) baş direktoru İslam Mustafayev azxeber.com-a açıqlamasında deyib ki, bu məsələ olduqca önəmlidir:
"Bu məsələ olduqca önəmlidir. Çünki regionumuzda radiasiya ilə bağlı risklər getdikcə artır. İranda İsrailin nüvə obyektlərinin hədəf alınması, Ağstafa çayı hövzəsində Fransaya məxsus nüvə tullantılarının yerləşdirilməsi, habelə müxtəlif atom elektrik stansiyalarının mövcudluğu təhlükələri gündəmə gətirir.
İranın Buşehr ərazisində nüvə elektrik stansiyası fəaliyyət göstərir, Türkiyədə isə Akkuyu Nüvə Elektrik Stansiyası var. Bu da o deməkdir ki, ölkəmizin ətrafı faktiki olaraq nüvə və atom qurğuları ilə sıxlaşmış vəziyyətdədir".
İslam Mustafayev bildirib ki, belə hadisələrə qarşı Azərbaycan kimi ölkələr qabaqlayıcı tədbirlər görməlidir:
"Belə potensial təhdidlərə və fövqəladə hallara məruz qalmamaq üçün Azərbaycan kimi ölkələr qabaqlayıcı tədbirlər görməlidir. Radiasiya Problemləri İnstitutunda bu istiqamətdə işlər əsasən monitorinq şəklində aparılır. Hazırda iki ekspedisiya qrupu fəaliyyət göstərir və ölkənin bütün sərhədləri boyunca radioloji analizlər aparılır, ətraf mühitdə radioaktiv tullantıların yayılması öyrənilir. Hələlik vəziyyət kritik sayılmır. Hər hansı hadisə baş verərsə, əsas tədbirlər mülki müdafiə orqanları və Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir. FHN-nin fəaliyyəti sığınacaqlarda əhalinin yerləşdirilməsi və digər zəruri müdafiə tədbirlərinin icrasını əhatə edir".
"Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı 1997-ci ildə qəbul olunmuş qanun mövcuddur və həmin qanunun tələblərinə ciddi şəkildə əməl olunmalıdır"-, deyə direktor bildirib.
Şahanə Ziyad

Siyasi       Tarix: 10 dekabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal xeberler krminal bu gun sonxeberler bugunun xeberleri