Rekord nailiyyət: AZAL 12-ci dəfə Mərkəzi Asiya və MDB üzrə ən yaxşı aviaşirkət hesab edilib

Rekord nailiyyət: AZAL 12-ci dəfə Mərkəzi Asiya və MDB üzrə ən yaxşı aviaşirkət hesab edilibRekord nailiyyət: AZAL 12-ci dəfə Mərkəzi Asiya və MDB üzrə ən yaxşı aviaşirkət hesab edilib
AZAL nüfuzlu "World Airline Awards 2023" mükafatı ilə Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət adına layiq görülərək, yenidən öz yüksək statusunu təsdiq edib.
Aviaşirkət regionda aviadaşımalar bazarında öz liderliyini təsdiq edərək və daim sərnişinlərə keyfiyyətli xidmət göstərmək arzusunu nümayiş etdirərək rekord sayda – on ikinci dəfə nüfuzlu mükafata sahib olub. Bu möhtəşəm nailiyyət AZAL-ın sabitləşmiş nüfuzunu və aviasiya sahəsində möhkəm mövqeyini sübut edir.
Mükafatlandırma mərasimi 20 iyun tarixində Paris aviasalonu çərçivəsində baş tutub.
"Azərbaycan Hava Yolları" şirkətinin rəhbərliyini və əməkdaşlarını bu mühüm nailiyyət - Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət nominasiyasında rekord sayda – on ikinci dəfə qələbə qazanması münasibətilə təbrik edirik. Bu, xüsusilə regionda artan rəqabət şəraitində davamlılığın təzahürünün gözəl nümunəsidir", - deyə "Skytrax" şirkətinin baş direktoru Edvard Pleysted bildirib.
Öz növbəsində AZAL QSC-nin prezidenti Cahangir Əsgərov qeyd edib: "Biz fəxr edirik ki, AZAL yüksək keyfiyyət səviyyəsini saxlayaraq regionun aviasiya sahəsində liderlərindən biri olaraq qalır. Aviaşirkətimiz yeni nailiyyətlər qazanmağa davam edəcək və sərnişinlərə yalnız ən yaxşı xidmətləri təqdim edəcək. Müştərilərimizə bizə etibar etdiklərinə görə və AZAL-ın bütün komandasına səylə çalışdıqlarına və aviaşirkətə sədaqətlərinə görə təşəkkür edirik".
"World Airline Awards" mükafatı qeyri-rəsmi "aviasiya Oskarı" statusuna malikdir. Bu mükafat 1999-cu ildən etibarən hər il aviaşirkət və hava limanı xidmətlərinin keyfiyyətinin aparıcı qlobal qiymətləndiricisi olan İngiltərənin "Skytrax" konsaltinq agentliyi tərəfindən təqdim edilir. / oxu.az

Turizm       Tarix: 20 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır . Rusiyanın "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa müntəzəm uçuşlar həyata keçirəcək. Bu barədə şirkətdən xəbər verilib. Bildirilib ki, Başqırdıstanı

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI. "Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib". "Report" xəbər verir ki, bunu Bakıda səfərd

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO. Fəridə Babayeva Azərbaycanın ən gənc xanım dağçısıdır. O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuş cədvəlinə keçid edir. Cədvəl oktyabrın 26-dək qüvvədə olacaq. Aviaşirkət yay qrafiki üzrə səyahə

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir. Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdi


son xeberler yeni xeberler azerbaycan xeberleri axsam az xeberler son xeber cəbhədən son məlumatlar son.xabar