Rəmişin həyat yoldaşı: "Kişilərə yaxşı qulluq etmək, onların qeyrətini saxlamaq lazımdır

Rəmişin həyat yoldaşı: Rəmişin həyat yoldaşı: "Kişilərə yaxşı qulluq etmək, onların qeyrətini saxlamaq lazımdır"
"Rəmiş mənim üçün ölməyib. Sadəcə, o məni atıb, gedib".
Bu sözləri Oxu.Az-a açıqlamasında mərhum gitara ifaçısı Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Güllü Hüseynova deyib.
O, Rəmiş ilə bağlı xatirələrindən danışıb:
"Əslində, Rəmişin doğum günü dünən idi. Lakin hər kəs bu gün olduğunu bilir. Biz hər zaman noyabr ayının 13-də qeyd edirdik. Diqqət göstərdiyiniz üçün təşəkkür edirəm.
Rəmiş mənim üçün ölməyib. Sadəcə, o məni atıb, gedib. Mən indi də ona bağlıyam. Elə bilirəm ki, o özü üçün başqa ev alıb, gedib orada yaşayır. Mən sağ olduqca o daim yaşayacaq. Allah onu özü mənə verdi, özü də aldı. Onsuzluğa birtəhər dözürəm. Mən yaşamıram. Ruhum gəzir".
Güllü Hüseynova Rəmişin ölümündən öncəki günlərini xatırlayıb:
"Rəmiş son günlər heç nə danışa bilmirdi. O mənə nə isə demək istəyirdi. Lakin deyə bilmədi. Ona heyfsilənirəm. Dili tutulmuşdu. Rəmiş qaraciyər sirrozundan dünyasını dəyişdi. Hər kəs onun koronavirusdan vəfat etdiyini deyirdi. Lakin yanlış məlumat olduğunu sübut etdim.
Rəmiş hər zaman mənə deyirdi ki, "özünə yaxşı bax, vaxtında yeməyini ye". Bir də deyirdi ki, "Gülüm, mənsiz maşın sürmə". Ondan sonra mən maşın sürmürəm. Onun sözündən çıxmıram. Həmişə mənə deyirdi ki, "Gülüm, sənə nə isə olsa, özümü öldürərəm".
Mərhum gitara ifaçısının həyat yoldaşı xanımlara müraciət edib:
"Hər bir qadından xahiş edirəm ki, ərlərinin qədrini bilsinlər. Nə qədər ağır, çətin xasiyyətli kişi də olsa, dözsünlər. Həyat yoldaşı çox gözəl nemətdir. Kişi xeylağı uşaq kimi olur. Nə qədər sığal çəksən, o qədər yaxşıdır. Zamanla səhvlərini başa düşəcəklər. Kişilərə yaxşı qulluq etmək, onların qeyrətini saxlamaq lazımdır.
1978-ci ildə Rəmişlə ailə həyatı qurmuşuq. Hər zaman yanında olurdum. Mənim atam, anam, qardaşım, bacım da Rəmiş idi. İndi tənhayam. Tək yaşayıram".
Nəzrin Vahid

Maraqlı       Tarix: 14 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber krimnal bugun sonxəbər en son xeberleri