Rəmişin yanına gedəcəyim günləri sayıram' - Gülü

Rəmişin yanına gedəcəyim günləri sayıram' - Gülü"Sosial şəbəkələrə heç vaxt həvəsim yoxdur. Amma hər zaman media ilə münasibətim yaxşı, dost münasibəti olub. Bir müddət əvvəl Atv-dən aparıcı-jurnalist Vüqar Kamiloğlu ilə Şahin Cavadsoy bizə çəkilişə gəlmişdilər. Mənə dedilər ki, gəl sənə instaqram səhifəsi açaq. Sağ olsunlar, səhifəni açdılar. Mediaya bir köynək daha yaxın oldum. Düzdü çox başım çıxmasa da, elə onlar işlədirdilər. Mən bilirsiniz niyə instaqram səhifəsi açmağa razılıq verdim? Çünki efirə çıxıb, yalan məlumatlar verirlər, olmayan şeyləri danışırlar. Ona görə mən istədim ki, düzgün olan məlumatları xalqa çatdırım".
azxeber.com xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Rəmişin həyat yoldaşı Gülü deyib. O, daha sonra öz razılığı ilə açılan instaqram səhifəsini bağlatdırıb. Səbəbinə gəlincə isə...
"Bəzi insanlar görürdüm ki, mənim haqqımda pis fikirdədirlər. Təbii ki, hamı yox! Yaxşı söz yazanlara öz minnətdarlığımı bildirirəm. Bilməyib məni təhqir edirdilər. Onlardan dəfələrlə xahiş etdim ki, məni təhqir etməyin, mən sizi tanımıram, siz də məni tanımırsınız. Mənim taleyimdən, yaşayışımdan heç kəsin xəbəri yoxdur. Mənim sizlə işim yoxdur, sizin də mənimlə işiniz olmasın. Əgər məndən xoşunuz gəlmirsə, baxmayın, ötürün keçin. Olmayan şeyləri yazmayın, nə lazımdırsa soruşun, sonra yazın. Vüqardan xahiş etdim ki, səhifəni bağlasın. İnanın elə aktiv səhifə idi ki, 1 günə 2 mindən çox izləyici gəldi. Videoları 20 min insan izləyirdi. Hətta Vüqar deyirdi ki, mən bilməzdim ki, Gülü də Rəmiş qədər ictimaiyyətin böyük bir kütləsi tərəfindən sevilir. Rəmişimin yoxluğu ilə hələ də barışa bilmirəm, bu qış mən evdə kombi yandırmadım. Görmüşük ki, insan rəhmətə gedir, 1 ildən sonra unudulur. Amma Rəmiş mənim yadımdan heç vaxt çıxmayacaq, onun yanına gedəcəyim günləri sayıram. Bu sevgi yalnız "Leyli və Məcnun"-da, bir də bizdə oldu" - deyə Gülü bildirib.

Şou Biznes       Tarix: 31 may 2022
f Paylaş

Oxşar xəbərlər

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına


azerbaycan xeberleri son xeberler yeni xeberler enson xeberler en son xeberleri xeber gunun xeberleri