Reper Ar Kellinin 8 yaşından qızına təcavüz etdiyi məlum olub

Reper Ar Kellinin 8 yaşından qızına təcavüz etdiyi məlum olubAmerikalı müğənni Ar Kellinin qızı Buku Abi atasının cinsi zorakılığına məruz qaldığını bildirib.
AZXEBER.OM xarici mətbuata istinadən xəbər verir ki,  "The Rolling Stone"a istinadla verdiyi məlumata görə, həqiqət "Karma: Qız övladının səyahəti" adlı sənədli serialda üzə çıxıb.
Filmdə ifaçının qızı Buku Abi (əsl adı Coan Kelli) xatirələrini bölüşüb. O etiraf edib ki, atası ona səkkiz, ya doqquz yaşında olarkən təcavüzə başlayıb. Qızın sözlərinə görə, gecə yarısı atasının toxunuşlarından oyanırdı.
"Nə edəcəyimi bilmirdim, buna görə də sadəcə uzanıb yatmış kimi davranırdım. Kiməsə deməyə çox qorxurdum", - deyə Buku xatırlayıb.
"O, mənim hər şeyim idi. Uzun müddət hətta bunun baş verdiyinə inanmaq istəmirdim", - deyə Buku Abi əlavə edib. O, hətta öz anasına da zorakılıq haqqında danışmadığını qeyd edib.
Buku Abi ilk dəfə 10 yaşında olarkən anasına Ar Kellinin gecələr ona toxunduğunu söyləməyə cəsarət edib.
"Bu millisaniyə bütün həyatımı və kim olduğumu tamamilə dəyişdi", - deyə qız hisslərini bölüşüb.
O izah etdi ki, anası ilə söhbətdən sonra nə o, nə də qardaşı və bacısı bir daha atalarının evinə getməyiblər (atası ilə anası boşanmışdı). Qadın daha əvvəl polisə şikayət edib. O zaman musiqiçi cəzadan yayınıb: ona qarşı ittiham irəli sürmək üçün kifayət qədər sübut olmayıb.
"İndiyədək də bunun əziyyətini çəkirəm", - deyə Buku Abi etiraf edib.
Müğənninin vəkili Cennifer Bonjan Buku Abinin ittihamlarını etibarsız hesab edir. O qeyd edib ki, serialın yaradıcıları bu təhqiredici iddiaları təkzib etmək üçün Ar Kelli ilə əlaqə saxlamayıblar.
Bonjan Kellinin keçmiş həyat yoldaşının illər əvvəl müğənniyə qarşı eyni ittihamı irəli sürdüyünü təsdiqləyib və bildirib ki, bundan sonra İllinoys ştatının Uşaq və Ailə İşləri Departamenti araşdırma aparıb və onun iddialarını əsassız hesab edib. / azxeber.com

Şou Biznes       Tarix: 15 oktyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeber krimnal xeber xeber.az son xeberler son xeberler bu gun