Rəqəmsal "prokuror" hazırlanıb
Rəqəmsal "prokuror" hazırlanıb
Çin alimləri işin şifahi təsvirinə əsaslanaraq, 97 faiz dəqiqliklə ittiham irəli sürə bilən süni intellekt hazırlayıblar.
Yeni texnologiya artıq Şanxaydakı Pudun Rayon Xalq Prokurorluğunda sınaqdan keçirilib. Alimlər əmindirlər ki, bu vasitə ilə prokurorların gündəlik yükü azalacaq, onların diqqətinin daha mürəkkəb işlərə yönəlməsi üçün imkan yaranacaq. Onların fikrincə, sistem müəyyən dərəcədə qərarların qəbulu prosesində prokurorları əvəz edə bilər.
Süni intellekt 2015-ci ildən 2020-ci ilə qədər baxılmış 17 mindən çox iş əsasında "təlimlənib".
Rəqəmsal "prokuror"un iddianaməsi işin təsvirinin təhlili zamanı onun sisteminin tanıdığı min bir xüsusiyyətə əsaslanır.
Artıq süni intellekt Şanxayda ən çox görülən səkkiz cinayətə görə ittiham irəli sürə bilər. Bu siyahıya kredit kartı ilə fırıldaqçılıq, mərc oyunları təşkilatçılığı, ehtiyatsız sürücülük, qəsdən xəsarət yetirmə, vəzifə borcunu yerinə yetirməyə mane olma, oğurluq, fırıldaqçılıq və "ixtilaflara səbəb olma və problem yaratma" daxildir.
Alimlərin fikrincə, gələcəkdə rəqəmsal "prokuror" daha az yayılmış maddələr üzrə ittiham irəli sürə biləcək.
Mənbə: South China Morning Post /oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü