Rəşad Məmmədov Türkiyənin xaricdəki nümayəndəliklərinin Şəhidliyini ziyarət etdi - FOTO
Bu gün Türkiyə Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatı və xaricdəki nümayəndəliklərinin rəhbərlərinin hər il təşkil olunan Səfirlər Konfransı çərçivəsində terror qurbanı olan Türkiyənin xaricdəki nümayəndəliklərinin Şəhidliyini Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da ziyarət edib.
KONKRET.az xəbər verir ki, səfir Rəşad Məmmədov ziyarət zamanı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi adından Şəhidliyə əklil qoyub.
Tədbirdə həmçinin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, nazir müavinləri Sedat Onal, Faruk Kaymakçı, Yavuz Səlim Kıran, Türkiyə Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının vəzifəli şəxsləri və Türkiyənin xaricdəki nümayəndəliklərinin rəhbərləri də iştirak edib.
Bir dəqiqəlik sükutla başlayan mərasimdə çıxış edən Çavuşoğlu 1973-cü ildən bu yana terror təşkilatlarının Türkiyənin xaricdəki nümayəndəliklərini hədəfə aldığı hücumlarda diplomatlar və onların ailə üzvlərindən 41 nəfərin şəhid olduğunu vurğulayıb.
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?