"Rəsmi Bakı Ermənistan-Türkiyə yaxınlaşmasına qarşı deyil

"Ermənistan hökuməti adından Türkiyə xalqına və hökumətinə başsağlığı verirəm".
Bunu Ankaraya səfər edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında dedi. Mirzoyan Ermənistanın da 1980-ci illərdə ağır zəlzələ faciəsi ilə üzləşdiyini xatırlatdı: "Bu faciənin nə olduğunu bilirik və bu ağrı bizə yad deyi".
Mirzoyan qeyd etdi ki, iki ölkə arasında sərhəd 30 ildən sonra ilk dəfə açılıb və Ermənistan buradan Türkiyəyə humanitar yardım göndərib: "Dünən axşam da humanitar yardımın ikinci hissəsini yola saldıq və o tezliklə zəlzələ bölgəsinə, Adıyamana çatacaq". Ermənistan xarici işlər naziri vurğuladı ki, səfərinin məqsədi bu çətin anda Türkiyə ilə həmrəylik nümayiş etdirməkdir.
Bəs Türkiyə ilə Ermənistanın hazırkı münasibətləri necə qiymətləndirilir? Bu, Azərbaycan-Ermənistan münsaibətlərinə necə təsir edəcək?
Məsələ ilə bağlı azxeber.com-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı deyib ki, Ermənistanın XİN rəhbərinin Türkiyəyə getməsi və orada normal görünən, əslində Türkiyənin və Azərbaycanın hədəflədiyi məqsədlərə uyğun gələn açıqlama verməsi müsbət haldır. Bu, həm də Türkiyənin mövqeyinin məntiqinə söykənərək nəzərə alınıb deyilən fikirlərdir.
Deputat qeyd edib ki, Ermənistan anlayır ki, Azərbaycanla münasibətləri normallaşdırmadan Türkiyə ilə münasibətlərinin yaradılması mümkün deyil:
"Çünki Türkiyə 1993-cü ildən Ermənistanla sərhədləri məhz Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı bağlamışdı. Bu günə qədər də həmin mövqedə qalır. Dəfələrlə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmilər səviyyəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmadan, Azərbaycanla Ermənistanın münasibətləri normallaşmadan Ermənistanla sərhədlərin açıqlamayacağı və münasibətlərin normallaşmayacağı önə çəkilib. Türkiyə məsuliyyətli, ciddi bir dövlətdir, dediyinin üzərində hər zaman dayanıb. Bu baxımdan yenə də öz mövqeyində dayanır və bu, dəyişilməzdir. Təbii ki, Ermənistan da bunun fərqindədir. O anlayır ki, Azərbaycanla münasibətləri normallaşdırmadan, yəni Ermənistan tərəfindən yaradılan problemlər aradan qalxmadan, hiyləgər, riyakar siyasətə son qoyulmadan onun Türkiyə ilə münasibətlərinin yaradılması mümkün deyil. Ermənistanın həm baş naziri, həm də onun komandası bunun fərqindədir və anlayır". 
F.Ağamalı bildirib ki, Ermənistan bir söz deyir, amma əməldə başqa cür hərəkət edir:
"Lakin nə etmək olar ki, Ermənistan ermənilik psixologiyası və xarakteri ilə hərəkət edir. Yəni, onlar bir söz deyir, amma əməldə başqa cür hərəkət edirlər. Riyakarlıq, ikiüzlülük, hiyləgərlik – bu cür davranış onların həyat tərzidir, hətta mən deyərdim ki, dövlət siyasətidir. Ona görə də, əgər Mirzoyanın bu bəyanatları Azərbaycana qarşı münasibətlərdə konkret addımlarla müşayiət olunarsa, bu zaman Türkiyə ilə də Ermənistanın münasibətləri normallaşacaq". 
"Ancaq nə qədər ki, Azərbaycanla Ermənistan arasında Ermənistan tərəfindən imkan verilməyən, normallaşmaya mane olan problemləri aradan qaldırmadan, yəni Qarabağdan erməni silahlı qüvvələrinin tör-töküntüləri çıxarılmadan, Qarabağı qeyd-şərtsiz Azərbaycanın ərazisi kimi tanımadan, 2020-ci ilin noyabrındakı bəyanatda üzərinə götürmüş olduğu öhtəlikləri yerinə yetirmədən – Zəngəzur dəhlizinin açılmasına mane olmadan, sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirmədən, sülh müqaviləsini bağlamadan Ermənistanın Türkiyə ilə münasibətlərində normallaşma olmayacaq. Bunu Ermənistan istəsə də, qardaş Türkiyə buna getməycək. Çünki orada Azərbaycanın maraqları Türkiyə üçün həlledicidir", - deyə deputat əlavə edib.
Politoloq Turan Rzayev isə azxeber.com-a açıqlamasında qeyd edib ki, Rəsmi Bakı bütövlükdə Ermənistan-Türkiyə yaxınlaşmasına, ya da iki ölkə arasında münasibətlərin normallaşmasına qarşı deyil:
"Hazırda belə bir yalnış yanaşma var ki, Türkiyə-Ermənistan yaxınlaşması Bakıda məmnuniyyətlə qarşılanmır. Bu həm doğru, həm də yalnış yanaşmadır. Məsələ ondadır ki, bu düşüncə daha çox Azərbaycan ictimaiyyətində hakim olan fikirdir. Lakin Rəsmi Bakı bütövlükdə Ermənistan-Türkiyə yaxınlaşmasına, ya da iki ölkə arasında münasibətlərin normallaşmasına qarşı deyil. Hətta Prezident İlham Əliyev bu məsələ ilə bağlı açıq şəkildə deyib ki, Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına müsbət baxır".
"Bu gün Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Ankara və Bakının regionda mövqeyini daha da gücləndirə bilər. Məsələ ondadır ki, hazırda Ermənistan uğrunda regionda Qərb və Rusiya arasında kəskin mübarizə gedir. Bu mübarizədən kənarda qalan yeganə güc isə Türkiyədir", - deyə politoloq əlavə edib.
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.

Sosial       Tarix: 17 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


yeni xeberler son xeberler azerbaycan xeberleri zelzele son xeberler bugun 2026 muharibe en son xeberler cəbhədən xəbər