Rəsmi Bakıdan ABŞ Konqresinə CAVAB

Rəsmi Bakıdan ABŞ Konqresinə CAVAB"Azərbaycanla bağlı bütün faktları açıq şəkildə təhrif edən və saxtalaşdıran bu cür tədbirin məqsədi Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirməkdir".
KONKRET.azxəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə sentyabrın 19-da ABŞ Konqresində Azərbaycan əleyhinə keçirilən tədbirlə bağlı yerli medianın sualına cavabında bildirib.
Onun sözlərinə görə, bu, ABŞ Konqresindəki bəzi qrupların Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə hörmətsizlik nümayiş etdirərək, Azərbaycandakı vəziyyəti insan hüquqları pərdəsi altında necə təhrif etdiklərinin növbəti təzahürüdür:
"Təəssüf ki, ABŞ-nin milli təhlükəsizlik maraqlarından daha çox öz daxili mülahizələri və şəxsi mənfəətlərini rəhbər tutan ABŞ Konqresinin üzvləri tərəfindən təşkil edilən bu cür birtərəfli və qərəzli tədbirlər uzun müddətdir ki, ABŞ Konqresi üçün adi hal alıb. Üstəlik, sözügedən dinləməni təşkil edən konqresmenlərin özlərini dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini dərindən dəstəkləyən şəxslər kimi təqdim etməsinin fonunda keçmiş separatçı rejimin nümayəndələrinin də bu dinləmələrdə iştirakı təsəvvür edilən bilən bütün çərçivələri aşır". Ayxan Hacızadə bildirib ki, Azərbaycanın ötən il həyata keçirdiyi antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun olub və Azərbaycan heç vaxt mülki əhalini hədəf almayıb.
"Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı və hərbi təcavüzü dövründə azərbaycanlılara qarşı törədilmiş genişmiqyaslı etnik təmizləmə və qətliamlar, eləcə də Azərbaycanın dini və mədəni abidələrinin yer üzündən silinməsi isə əksinə, heç vaxt ABŞ Konqresi tərəfindən qınanmayıb. Ermənistandan fərqli olaraq, Azərbaycan dəfələrlə erməniləri və azərbaycanlıları birgə yaşamağa və əməkdaşlığa çağırıb və ermənilərin Azərbaycan vətəndaşları kimi bütün hüquq və imtiyazlarla təmin oluna, müdafiə və təhlükəsizlikdən yararlana biləcəklərinə dair təminat verib. Eyni zamanda, regionumuzdakı vəziyyətin dini çərçivədə qarşıdurma kimi qələmə verilməsi narahatlıq doğurur, bu kimi addımlar sülh quruculuğuna və barışığa zərər vurur. Bununla yanaşı, erməni diasporu tərəfindən maliyyələşdirilən bəzi şəxs və təşkilatların dinləmələr zamanı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və bu kimi bəyanatları qətiyyətlə pisləyirik. Həmin şəxs və təşkilatların himayədarlıq etdikləri Ermənistanda fundamental insan hüquq və azadlıqlarının pozulması, o cümlədən siyasi təqiblər nəticəsində həbs olunan şəxslərin həbsxanada həlak olması, siyasətçilərə və onların ailə üzvlərinə qarşı təzyiq hallarına fokuslanması daha məqsədəuyğun olardı. Dinləmələrdə istinad edilən qondarma "Artsax" Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş hərbi işğal və Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən 750 minə yaxın azərbaycanlı mülki əhaliyə qarşı aparılmış etnik təmizləmə nəticəsində yaradılmış qeyri-qanuni qurumdan başqa bir şey deyildi. Eyni zamanda, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsinin coğrafi adının "Artsax" kimi təhrif edilməsi coğrafi adların beynəlxalq standartlaşdırılması üzrə prinsip və prosedurların açıq şəkildə pozulması, habelə ABŞ-nin 80-242 (1947) saylı qanununa uyğun olaraq ABŞ-nin Coğrafi Adlar üzrə Şurası (BGN) tərəfindən təsdiq edilmiş ABŞ Hökuməti orqanları tərəfindən milli və xarici coğrafi adların istifadə standartlarının təhrif edilməsidir. Biz ABŞ Konqresinin rəhbərliyini Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinə xələl gətirən bu cür tədbirlərin qarşısını almağa çağırır və xarici siyasətin həyata keçirilməsinə nəzarət edən qurum kimi Dövlət Departamentindən ABŞ Konqresində erməni lobbi qrupları tərəfindən sui-istifadə edilən bu tip tədbirlərə qarşı müvafiq tədbirlərin görülməsini gözləyirik", – deyə vurğulanıb.
Xatırladaq ki, 19 sentyabr 2024-cü il tarixində ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında "Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları" adlı dinləmə keçirilib və çıxış edənlər tərəfindən Azərbaycana qarşı çoxsaylı ittihamlar səsləndirilib.

Siyasi       Tarix: 20 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeni qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişində

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasından 5 il ötür. -un məlumatına görə, Şuşa Bəyannaməsi 2021-ci ilin iyunun 15-də Şuşad

Azərbaycan XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ ilə İran arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşmanı alqışladığını bildirib. xəbər verir ki, bu barədə nazirlik bəyanat yayıb. "Pakistanın danışıqlar prosesində mühü

SON DƏQİQƏ! İranda şok: İnsanların evinə basqın edildi

İranın Sistan və Bəlucistan vilayətində yerli bəluç əhalisinə qarşı təhlükəsizlik qüvvələrinin təzyiqləri yenidən artmağa başlayıb. Zabol şəhərinin Təppe bölgəsində hökumətin xüsusi kəşfiyyat orqanları insanların şəxsi mülklərin

Prezidentin köməkçisi: 'Təbii fəlakətlərin bütün zərərlərini dövlət ödəməməlidir

Kənd təsərrüfatı sahəsində risklərin idarə edilməsi və fermerlərin ehtimal olunan itkilərdən müdafiəsi baxımından aqrar sığorta mexanizmlərinin daha geniş tətbiqi vacibdir. Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasını

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev "Facebook" sosial şəbəkəsindəki hesabında 15 iyun – Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib. paylaşımı təqdim edir:

Finlandiyadan SENSASİON QƏRAR - Nüvə silahı

Finlandiya parlamentinin bu gün qəbul etdiyi qərarla ölkənin uzun illər qüvvədə olan nüvə silahı ilə bağlı qadağası aradan qaldırılıb. Parlamentin səsverməsi ilə təsdiqlənən yeni qanunvericilik nüvə silahlarının Finlandiy

Azərbaycanda Milli Qurtuluş Günüdür

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. xatırladır ki, 33 il əvvəl - Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasında Heydər Əliyev Milli Məclisin Sədri seçilib. Həmin gün Ulu Öndər çıxışında Azərbayca

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin yüksək himayəsi altında İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarına rəsmən start verib. xəbər verir ki, "Dayanıqlı rifahnamina regiona


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 canli son xeber.az valyuta mezennesi bugünkü son xəbərlər