Rəsmi Bakıdan "Brexit" açıqlaması
Rəsmi Bakıdan "Brexit" açıqlaması
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi "Brexit"lə bağlı açıqlama yayıb.
Bununla əlaqədar XİN-in Mətbuat xidməti idarəsindən Oxu.Az-a məlumat verilib:
"Məlum olduğu kimi, cari ilin 31 yanvar tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa İttifaqının (Aİ) üzvlüyündən çıxması (Brexit) rəsmiləşir və Birləşmiş Krallığın Aİ-dən çıxması ilə əlaqədar "keçid dövrü" başlayır.
Həmin dövr ərzində tərəflər arasında gələcək münasibətləri tənzimləyən müvafiq sazişin razılaşdırılması və imzalanması nəzərdə tutulur.
Bu xüsusda qeyd etmək istərdik ki, Birləşmiş Krallıq "keçid dövrü" ərzində Aİ ilə Azərbaycan arasındakı ikitərəfli sazişlərə tərəf kimi qalacaqdır. Eyni zamanda, Azərbaycanla Birləşmiş Krallıq arasında gələcək ikitərəfli münasibətlərə dair müvafiq sazişin razılaşdırılması istiqamətində iş davam etdirilir.
Azərbaycan Birləşmiş Krallıq ilə münasibətlərinin yüksələn xətt üzrə inkişafında maraqlıdır və iki ölkə arasında siyasi dialoq uğurla davam etdirilir. Böyük Britaniya Azərbaycanın enerji sahəsində ən mühüm tərəfdaşlarından biridir.
Əminik ki, "Brexit"dən asılı olmayaraq, Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıq əlaqələrinin inkişafı davam edəcəkdir". /oxu.az

Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı