Rəsmi Bakıdan Fransa XİN rəhbərinə cavab
Fransanın Ermənistana öldürücü silahlar verməsi, eləcə də sülhə xidmət etməyən uzunmüddətli anti-Azərbaycan mövqeyi nazir Jan Noel Barronun regional gərginlikdən narahatlığını ifadə etməsi ilə ziddiyət təşkil edir.
KONKRET.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə özünün X sosial şəbəkəsində yazıb.
"Bu ikilli yanaşma Fransanın ikiüzlülüyünü ifşa edir. Sülh sazişi layihəsi üzərində işin yekunlaşdırılması mühüm hadisə olsa da, sazişin imzalanması və davamlı sabitlik əsas məsələlərin həllini, xüsusilə Ermənistan Konstitusiyasında ərazi iddialarının aradan qaldırılması və sabitliyi pozan xarici müdaxilələrin, o cümlədən, Fransanın müdaxiləsinin dayandırılmasını tələb edir.
Bundan başqa, bəşəriyyətə qarşı cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə proseslərinə mane törətmək təkcə daxili işlərə qarışmaq deyil, həm də bu cür cinayətlərə görə məsuliyyətə cəlb edilmə prosesinə xələl gətirir", – o bildirib.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir