Rəsmi Moskvadan Qarabağla bağlı açıqlama: "Əla nümunədir"

Rəsmi Moskvadan Qarabağla bağlı açıqlama: "Əla nümunədir" Rəsmi Moskvadan Qarabağla bağlı açıqlama: "Əla nümunədir"
Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi tərəflərinin növbəti dialoq aparmaq üçün uyğunsuz olduğunu və mümkünsüzlüyünü qeyd etməyib.
Oxu.Az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib.
O, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin (Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan) dekabrın 5-də Bratislavada keçirdiyi görüşü də şərh edib.
M.Zaxarova söyləyib ki, rəsmi Moskva tərəflər arasında uyğunsuzluq və ya sonrakı dialoqların imkansızlığını müəyyənləşdirməyib.
"Tərəflər mövqelərinin fərqli olduğunu söyləmədilər. Bu, aydındır, başqa cür olsaydı, danışıqlar prosesi də baş tutmazdı. Biz öz növbəmizdə vasitəçi kimi beynəlxalq funksiyaları yerinə yetirən bir ölkə olaraq, uzun müddətdir davam edən münaqişənin həlli naminə gələcək dialoqu davam etdirmək üçün əlimizdən gələni edəcəyik", - deyə M.Zaxarova əlavə edib.
Rusiya XİN rəsmisi bildirib ki, münaqişə tərəfləri arasında tamamilə bir-birinə əks olan qırmızı xətlər var.
O söyləyib ki, bu, mövcud reallıqla bağlıdır:
"Mövqelərdəki fərqlərə və qeyd olunan qırmızı xətlərə baxmayaraq, qarşılıqlı anlaşmanın əldə olunduğu sahələrdə dialoq və qarşılıqlı fəaliyyət nümunələri mövcuddur. Biz xüsusilə jurnalistlərin qarşılıqlı səfərləri haqqında danışırıq.
Bu, əla bir nümunədir. Bu məsələdə vasitəçilərin rolu olduqca konstruktivdir. Ona görə də taktikanı dəyişdirmək lazım deyil. Vasitəçilər tərəfindən irəli sürülən mövcud mexanizmləri aktivləşdirmək lazımdır".
M.Zaxarova Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıya sonuncu səfərini də şərh edib.
O bildirib ki, S.Lavrovun Bakıdakı danışıqları və keçirdiyi görüşlər konstruktivlikdən də yaxşı ab-havada idi.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 12 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Rusiyadan Azərbaycanla bağlı arzuolunmaz qərar – 3 ay ərzində…

Rusiyadan Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrə nağd pul çıxarılmasına yeni məhdudiyyət tətbiq edilib. Sənədə əsasən, fiziki şəxslərə Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan (təxminən 20 min manat

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb. xəbər verir ki, bu barədə RBK rusiyalı "Hiperqlobus" MMC-nin nümayəndəsinə istinadən məlumat verib

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber sou biznes valyuta hava proqnozu