Respublika üzrə bir milyon hektardan çox payızlıq taxıl səpini başa çatdırılıb

Respublika üzrə bir milyon hektardan çox payızlıq taxıl səpini başa çatdırılıbKənd Təsərrüfatı Nazirliyində "2020-ci il üçün pestisid təminatının vəziyyəti və qarşıda duran vəzifələr" mövzusunda müşavirə keçirilib.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin rəsmi şəxsləri, Aqrar Xidmətlər Agentliyi, elmi-tədqiqat institutlarının nümayəndələri, eləcə də pestisid idxal edən şirkətlərin yerli və xarici mütəxəssisləri iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev bildirib ki, ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan taxılçılığın inkişafı daim diqqət mərkəzində saxlanılır.
Şöbə müdiri qeyd edib ki, payızlıq taxıl bitkilərinin səpini üçün iqlim şəraitinin əlverişsiz keçməsinə baxmayaraq ümumilikdə respublikanın əksər rayonlarında taxıl bitkilərinin səpini optimal müddətdə, yəni oktyabr-noyabr ayılarında aparılıb və 2019-cu il 27 dekabr tarixinə 630 min hektarı buğda, 362 min hektarı arpa, 20 min hektarda xəsil olmaqla respublika üzrə bir milyon hektardan çox payızlıq taxılların səpini başa çatdırılıb: "Cari ildə şum və səpinə hazırlıq işlərinə daha erkən başlanılıb, artıq iyul-avqust aylarında 450 min ha sahə şumlanıb, əvvəlki il ilə müqayisədə əkin zamanı gübrələrdən istifadə yüz faiz artaraq 55 min tona çatıb. Növbəli əkinçiliyin aparılmasına üstünlük verilib, taxıl əkinlərində 35-40%-i növbəli əkin sistemindən istifadə olunub. Bununla belə, 2019-cu ilin payızından indiyədək respublikanın əksər ərazilərində müşahidə edilən havaların isti keçməsi, kəskin quraqlıq və suvarma suyunun çatışmazlığı baxmayaraq suvarılan taxıl ərazilərinin 50%-də suvarma aparılıb".
Rafail Quliyev əlavə edib ki, hər bir təsərrüfat subyektinin, eləcə də fermerin qarşısında əsas vəzifə yüksək məhsul əldə edlməsinə yönəlmiş innovativ texnologiyaların tətbiqi ilə yanaşı, zərərverici və xəstəliklərlə mübarizənin düzgün təşkil edilməsindən ibarətdir. Əkin sahələrindən daha məhsuldar və yüksək keyfiyyətli məhsul almağın əsas məqsəd olduğunu deyən şöbə müdiri vurğulayıb ki, bunun üçün əkin sahələrinə qulluq işləri vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir.
Qeyd olunub ki, payızlıq dənli bitkilərdən yüksək məhsul götürülməsində mühüm şərtlərdən biri də alaq otlarına qarşı kimyəvi mübarizə tədbirlərinin optimal müddətdə aparılmasıdır. Çünki, alaqlar mədəni bitkilərin, o cümlədən payızlıq buğdanın məhsuldarlığını aşağı salan amillərdən biridir. Alaq otları məhsuldarlığı aşağı salmaqla yanaşı, məhsulun keyfiyyətini də pisləşdirir. Adətən payızlıq taxıl əkinlərində alaq otlarına qarşı kimyəvi mübarizə tədbirlərinin havanın temperaturunun 12 dərəcə təşkil etdiyi vaxtda, xüsusilə mart ayında aparılır. Bildirilib ki, bəzi hallarda əkin sahələrinin gec dərmanlanması nəticəsində təsərrüfata ziyan dəyir. Bu baxımdan müşavirədə payızlıq taxıl əkinlərində alaq otlarına qarşı mübarizə tədbirlərinin daha erkən vaxtda aparılmasına imkan verən pestisidlərdən müəyyənləşdirilməsi və tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanıb.
Tədbir iştirakçılarına xəstəlik və zərərvericilərlə mübarizədə yeni pestisidlərdən istifadə, pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydaları, inteqrir mübarizəyə keçidin təməl prinsipləri və yeni innovativ texnologiyaların tətbiqi ilə bağlı ətraflı məlumat verilib.
Müşavirədə son aylarda ölkə ərazisində müşahidə edilən kəskin quraqlıq və suvarma suyunun çatışmaması nəticəsində taxıl sahələrinin suvarılmasında yaranmış çətinliklərin aradan qaldırılması yolları, əkin sahələrinin fitosanitar vəziyyəti, növbəti mərhələlərdə aparılacaq aqrotexniki tədbirlərin yerinə yetirilməsi üçün pestisid və yemləmə gübrələri ilə təminatın vəziyyəti geniş müzakirə edilib. Müşavirədə çıxış edənlər taxıl əkin sahələrinin fitosanitar vəziyyəti və qarşıda duran işlər, taxıl əkinlərində aparılmış monitorinqlər, həyata keçirilən tədbirlər, çətinliklər və onların həlli yollarına toxunublar.
Tədbirdə qeyd olunub ki, zərərverici və xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin aparılması ilə bağlı davamlı olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə məsləhət və tövsiyələr verilir. Bununla yanaşı, pestisid idxal edən şirkətlərin nümayəndələrinə də kimyəvi mübarizə tədbirləri aparılan bölgələrdə fəaliyyət göstərən kənd təsərrüfatı məhsulu istehsalçıları arasında pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına düzgün riayət olunması ilə bağlı mütəmadi təlimatlandırma və maarifləndirmə işlərinin aparılması tövsiyə olunub.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb və şirkət nümayəndələrinin sualları ətraflı şəkildə cavablandırılıb.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 28 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxəbərlər butun xeberler cəbhədən son vəziyyət xabarlar