Rəssamlığı Pikasso ilə qalmaqallı münasibətinə görə kölgədə qalan qadın dünyadan köçdü - FOTO

Rəssamlığı Pikasso ilə qalmaqallı münasibətinə görə kölgədə qalan qadın dünyadan köçdü - FOTORəssamlığı Pikasso ilə qalmaqallı münasibətinə görə kölgədə qalan qadın dünyadan köçdü - FOTO
Tanınmış rəssam Fransuaza Jilo Manhettendə (ABŞ) xəstəxanada vəfat edib.
Sənətkarlığı məşhur rəssam Pablo Pikasso ilə uzun və keşməkeşli romantik münasibəti səbəbindən kölgədə qalan Jilonun ölümünü qızı Aureliya Engel təsdiqləyib. Onun sözlərinə görə, 101 yaşlı anası ömrünün son günlərində ürək və ağciyər xəstəliklərindən əziyyət çəkib.
Fransuaza Jilo 1921-ci ildə Parisdə (Fransa) anadan olub. Onun ilk sərgisi 1943-cü ildə işğal olunmuş Parisdə baş tutub. Sonra özündən 40 yaş böyük Pikasso ilə tanış olub. 1948-ci ildə cütlük bir yerdə yaşamağa qərar verib. Bu birlikdən onların iki övladı - Klod və Paloma dünyaya gəlib (Paloma hazırda Pikassonun ən məşhur varisidir - o, "Tiffany&Co" zərgərlik evinin dizayneridir).
Jilo və Pikasso 1953-cü ildə ayrılıblar. Qeyd edək ki, o, Pikassonun çoxsaylı məşuqələri arasında rəssamı tərk edən yeganə qadın olub.
Ayrıldıqdan sonra Jilo rəsm çəkməyə və əsərlərini sərgiləməyə, həmçinin kitablar yazmağa davam edib.
Jilonun Pikasso ilə daha bir qalmaqalı onun 1964-cü ildə Karlton Leyklə birgə yazdığı və dərhal beynəlxalq bestsellerə çevrilən "Pikasso ilə həyat" adlı memuarına görə olub. Kitab Pikassonu o qədər qəzəbləndirib ki, o, Jilo və iki övladı ilə bütün əlaqələri kəsib, keçmiş sevgilisini üç dəfə məhkəməyə verib (hamısında da uduzub). Kitab əsasında 1996-cı ildə "Fil dişi satıcısı" filmi çəkilib.
Bütün qalmaqallara baxmayaraq, Jilo Pikasso ilə ayrıldıqdan sonra həyatına davam edib: 1956-cı ildə həmkarı Lyuk Simonla ailə qurub. Cütlük 1962-ci ildə qarşılıqlı razılaşma əsasında boşanıb. 1970-ci ildə isə o, ilk poliomielit peyvəndini hazırlayan amerikalı virusoloq Conas Salkla evlənib.
Yeri gəlmişkən, 2021-ci ildə rəssamın qızının mavi tonlarda portreti olan "Paloma gitara ilə" (1965) və "Canlı meşə" əsərləri hərracda hər biri 1,3 milyon dollara satılıb.
Rəssamlığı Pikasso ilə qalmaqallı münasibətinə görə kölgədə qalan qadın dünyadan köçdü - FOTORəssamlığı Pikasso ilə qalmaqallı münasibətinə görə kölgədə qalan qadın dünyadan köçdü - FOTORəssamlığı Pikasso ilə qalmaqallı münasibətinə görə kölgədə qalan qadın dünyadan köçdü - FOTORəssamlığı Pikasso ilə qalmaqallı münasibətinə görə kölgədə qalan qadın dünyadan köçdü - FOTORəssamlığı Pikasso ilə qalmaqallı münasibətinə görə kölgədə qalan qadın dünyadan köçdü - FOTORəssamlığı Pikasso ilə qalmaqallı münasibətinə görə kölgədə qalan qadın dünyadan köçdü - FOTORəssamlığı Pikasso ilə qalmaqallı münasibətinə görə kölgədə qalan qadın dünyadan köçdü - FOTORəssamlığı Pikasso ilə qalmaqallı münasibətinə görə kölgədə qalan qadın dünyadan köçdü - FOTOMənbə: MK.ru / oxu.az

Maraqlı       Tarix: 08 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler az cəbhədən canlı son xeber 2026 şou biznes xəbərləri