Rəsul Quliyev: "Putinin imperiya yaratmaq planı tam süquta uğradı"

Rəsul Quliyev: "Qazaxıstanda Putinin burnundan vurub ordusunun çıxarılması bizim üçün çox önəmli xəbərdir. Rusiya üçün dünyada aparılan 2 siyasət Putinin hansı səviyyədə nadan siyasətçi olduğunu göstərir. Bir aydan çoxdur, Putin 100 mindən çox qoşunu, 3 minə yaxın tankı və başqa hərbi texnikasını Mariopoldan tutmuş Xarkova qədər Ukraynanın sərhəddində yerləşdirib və müharibə ilə hədələyir. NATO -ya, ABŞ və Avropa İttifaqına "Əgər Ukrayna və Gürcüstanı NATO-ya qəbul etsəniz, biz Ukraynaya girəciyik" ultimatumuna qərb lazımsız kağız parçası kimi yanaşdı. Birincisi ABŞ-ın Dövlət katibinin müavini Rusiyanın nümayəndəsi ilə görüşdə "Siz bizim qarşımızda heç bir şərt qoya bilməzsiniz, Ukraynaya qarşı müharibəyə başlasanız, sizin başınıza indiyə qədər rast gəlmədiyiniz oyun açarıq" bildirildi. Bundan sonra NATO ölkələri Rusiya ilə görüşdü və "Biz Ukrayna və Gürcüstanı da və ondan başqa kim bizə müraciət etsə, üzvülüyə qəbul edəcəyik, ultimatumunuzu özünüzlə götürə bilərsiniz" mesajı verildi. Ən əsası Ukrayna hərbçiləri Rus qoşunlarını qarşılamağa və məhv etməyə hazır olduqlarını bəyan etdilər. Müdafiə naziri "Əgər Prezident əmr etsə 2 günə Donbası Rus işğalçılarından azad etməyə hazırıq" dedi. Qazaxstana girib Özbəkistan və Türkmənistan sərhədlərində hərbi bazalar yaradacağına inanan Rusiyanın inamı çox uzun çəkmədi. Xarici investorlar, xüsusilə Rusiyanın dostu-qardaşı olan Çin Tokayevə "Biz rus qoşunu olan ölkəyə heç bir investisiya qoymayacağıq" ultimatumunu verdi və təbii, Prezident Putindən qoşununu çıxarmağı xahiş etdi. Putin 13-19 Yanvar arası Qazaxıstanı tərk edir. Putinin imperiya yaratmaq planı tam süquta uğradı".
KONKRET.az-ın xəbərinə görə, bunu sabiq spiker Rəsul Quliyev bildirib.
R.Quliyev qeyd edib ki, Azərbaycanın Prezidenti İlham Əliyev yerli telekanallara verdiyi müsahibədə sülhməramlıların fəaliyyətindən, xüsusilə onların buraxdığı ciddi səhvlərdən danışıb: "Əslində bu Rusiyaya göndərilmiş çox ciddi mesaj idi. Ermənilərin Xankəndidə qalmaq istəklərinin olmadığını, imkan tapan kimi oranı tərk etdiklərini hamı bilir. Rusiya zorla onları orada saxlamaq istəyir. Çünki orada erməni qalmasa Rusiyanın orada qalmaq səbəbi puç olur. Paşinyan problemli Ermənistanı əlavə lazımsız Dağlıq Qarabağ problemi ilə yükləmək istəmir. O, həm orda yaşayan ermənilərdən, həm də Rusiyanın ordusundan, o cümlədən ölkəsində olan Rusiyanın hərbi bazasından xilas olmaq, Türkiyə ilə əlaqələri normallaşdırıb Avropaya çıxmaq istəyir. Azərbaycanla əlaqələri bütün sahələrdə bərpa etmək, əgər yaradılarsa, Zaqafqaziya alyansına daxil olaraq Rusiyadan asılılığını sıfıra endirmək istəyir. Ermənistanda Paşinyana qarşı mafioz qüvvələrə Köçəryan və Sarkisyan rəhbərlik edir. Amma erməni xalqının əksər hissəsi Paşinyanın tərəfindədir. Ona görə Azərbaycan nə qədər tez Ermənistanla hər tərəfli müqavilə bağlasa, bu məsələlər daha tez həllini tapacaq".

Siyasi       Tarix: 14 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xəbərlər bugün en son xeberler son xəbərlər bugün 2026 cəbhədən son məlumatlar